ÜMİD HƏMİŞƏ VAR- Millət vəkili yazır

İlimizin ən uzun iş həftəsinin son günü yeni ilin bir addımlığındadır.

Dekabrın 30-u da mənimçün səhərindən axşamınadək iş-güclə dolu olacaq.

Günorta saatlarında Nizami muzeyində Nəsimiyə həsr olunmuş yeni kitabın təqdimatı.

Ardınca əməkdaşlarımızla bayramlşama.

Daha sonra isə üzərində işlədiyim 2 sənədli-publisistik filmlə bağlı çəkilişlər.

Baxıkaxanovlar sülaləsinə həsr edilmiş filmin növbəti parçasının çəkilişini bitirincə qrupumuz hazırkən Azərbaycan fotosu və fotoçularının maraqlı tarixindən bəhs edən filmdən də bir hissəni kameranın yaddaşına alacağıq.

Keçmişlər olsa idi yazardım ki, lentə alacağıq…

Yəqin gün sonunda bir də nəsə yazacağam, ilayrıcı düşüncələrimi bölüşəcəyəm.

Amma indi istəyirəm ki, illər öncə ilin son günü üçün yazdığımız mahnını bir daha dinləyəsiniz.

2020-ci il gəlir və nəsə içərimdə bir hiss var ki, bu qətiyyən sıradan sayılası bir olmayacaq.

Həm Azərbaycanın, həm dünyanın həyatında.

Çox arzulayıram ki, hər şey yaxşılığa doğru irəliləsin, insanlarımız sağlam, xoşbəxt, əmin-amanlıq və uğur içərisində olsun!

Belə olacağına isə ürəkdə daim ən azı işıqlı bir ümid yaşayır…

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

Fərhad Qəribovun qohumu və “düşməni”, YAP-ın namizədi-NİZAMİ QƏRİBOV DEPUTAT OLACAQMI?

Read Next

YAP Nəsimi təşkilatında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə – GÖRÜŞ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir