Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Komitə sədri: “Yeni qanun layihəsinin ilkin variantı hazırdır”
“Ümumi təhsil haqqında” qanun layihəsinin ilkin variantını hazırlamışıq.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli adıçəkilən komitənin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı müzakirələr zamanı deyib.Komitə sədri bildirib ki, bir sıra ölkələrin bu sahədə olan qanunları ilə tanış olublar:
“Ölkəmizdə fəaliyyət göstərən özəl məktəblərin nümayəndələri ilə də müzakirələr aparmışıq. Yeni hazırlanan qanun layihəsi 5 fəsil 26 maddədən ibarətdir. İyun ayında işçi qrupunun iclasında ilkin variantı təqdim etdik. İlkin variant işçi qrupunun üzvlərinə təqdim olunub. Düşünürəm ki, may ayına qədər qanun layihəsini tam təhvil verə bilərik”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az