Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik – XİN

“ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik”.

Etikxeber.az-ın məlumatına görə, bu sözləri Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O, bildirib ki, Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntisi fərdi deyil, institusional xarakter daşıyır: “Belə ki, instutusional olaraq ATƏT Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status kvo dəyişdirilməlidir. Status kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin edilməyib”. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupundakı fransalı həmsədri bir müddət əvvəl dəyişib, amerikalı həmsədr Ceym Uorlik isə bu postu dekabrın 31-də tərk edəcək.

Etikxeber.az

Read Previous

Xaləddin İsgəndərov: “YAP siyasi partiyaların brendidir”

Read Next

Əliyev hindistanlı həmkarına başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir