Uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar-ARADAN QALDIRILIR – FOTOLAR

Fevralın 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Etikxeber.az-ın məlumatına görə, komitənin sədri Hicran Hüseynova bildirib ki, iclasın gündəliyinə 2 məsələ daxildir.

Bunlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələridir.

Təklif edilən dəyişikliklər övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır.

Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

Sonra komitə sədri Hicran Hüseynova gündəliyin ikinci məsələsi barədə məlumat verərək bildirib ki, Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklik (birinci oxunuş) uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Hər iki qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası başa çatıb.

İclasda komitə üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Sevil Mikayılova Rauf Əliyev də iştirak ediblər.

Etikxeber.az

Read Previous

VƏTƏNİN ZƏFƏR NƏĞMƏSİ-Əlövsət Ağalarov yazdı

Read Next

“Belə qızlarla fəxr etməyə dəyər…”-MİLLƏT VƏKİLİ ŞƏHİD BACISINA BAŞ ÇƏKDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir