Uydurma “erməni soyqırımı”nı tanıyan Suriyaya-TÜRKİYƏDƏN KƏSKİN CAVAB

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy APA-nın Türkiyə bürosuna açıqlamasında bildirib ki, Suriya parlamentinin 1915-ci ildə baş vermiş hadisələri “soyqırımı” kimi tanıması ikiüzlülüyün təzahürüdür.

“Bu  addım uzun illərdir öz xalqını qətlə yetirən, milyonlarla insanı öz evindən didərgin salan və kimyəvi silahdan istifadə məharəti yaxşı bilinən rejimin ikiüzlülüyünün təzahürüdür. Suriya hakimiyyətinin baiskar olduğu fəlakət davam edir və bu fəlakət bizim sərhədlərimizdə yaşanmaqdadır. Dəstək verilməyən iddiaların beynəlxalq aləmdə legitimliyini itirmiş zalım rejim tərəfindən irəli sürülməsi isə bunun arxasında yatan əyri zehniyyətin açıq təzahürüdür”, – deyə XİN rəsmisi vurğulayıb.

Etikxeber.az

Read Previous

“Yenidən başlayırıq…” – RAUF ARİFOĞLU

Read Next

Birinci çağırışın üzvləri-Əli Kərimli, Etibar Hüsənli, ADİP-dən YAP-a,YAP-dan ADP və AMİP-ə keçənlər, QƏTLƏ YETİRİLƏNLƏR, TOĞRUL İBRAHİMLİNİN “NAMUS”U…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir