“Vətən Naminə” təşkilatının İdarə Heyətinin üzvü Rafiq Xəlillə-VASİF TAĞIYEV BİR ARADA – FOTOLAR

Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi, terror qurbanı olan Şəhid Orxan Əsgərovun Əbədiyyətə uğurlanmasından 40 gün keçir.

Etikxeber.az xəbər ki, bu gün Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdən sonra 40 mərasimi keçirilib, adına ehsan verilib.

Şəhidin məzarını ziyarətdə və 40 mərasimində ailə üzvləri, yaxınları, ziyalılar, Şəhid ailələri, ictimaiyyət nümayəndələri, səfirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Şəhidin məzarını ziyarətə və 40 mərasiminə qatılanlar arasında səfirlikdə törədilmiş terrakt zamanı İgidlik və Qəhrəmanlıq nümayiş etdirmiş, cinayətkarı zərərsizləşdirmiş 2-ci dərəcəli “Rəşadət” ordenli Vasif Tağıyev və hər zaman təmənnasız şəkildə Şəhid və Qazi ailələrinin yanında olan, onlara dəstəyini əsirgəməyən, Qubalı Şəhid anası Tünzalə Abduləlimovanın rəhbərlik etdiyi “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü, ziyalı Rafiq Xəlil də olub.

Qeyd edək ki, İkinci Vətən Müharibəsi başlayandan və tarixi Qələbimizdən ötən son 30 aya yaxın müddət ərzində Rafiq Xəlil hər zaman Şəhid ailələrinin, Qazilərin, Vətən sevdalılarının dəstəkçisi olub, onları ziyarət edib, problemləri ilə maraqlanıb və problemlərinin həllinə köməkliyini göstərib.

Bu gün isə Şəhid Orxan Əsgərovun məzarını ziyarət zamanı Rafiq Xəlil Vasif Tağıyevlə bir araya gəlib, onunla söhbətləşib, Qəhrəmanımızın səhhəti, durumu ilə maraqlanıb, ona can sağlığı, uğurlar arzulayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, əslən Şuşadan və 1989-cu il təvəllüdlü olan Vasif Natiq oğlu Tağıyev ali təhsillidir.

Ailəlidir, onun iki qız, bir oğlan olmaqla üç övladı var.

Bir bacısı, bir qardaşı var.

Anası həkim, atası təqaüddədir.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov Şəhid olub, daha iki nəfər yaralanıb.

Etikxeber.az

Read Previous

“Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır”- İlham Əliyev Kailaş Satyartini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

DYP-dən dumanlı hava ilə bağlı-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir