Elektrik enerjisi və qazın qiymətinin artırılması ölkədə ciddi problem yaradacaq.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov noyabrın 30-da parlament komitələrinin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, Tarif Şurası elektrik enerjisi və qazın qiymətini qaldırmaqla əlavə problemlərə yol açmış oldu.
“Belə ki, bu artım əhalidən yığımın səviyyəsini aşağı salmaqla yanaşı, digər məhsullarda və xidmət sahələrində qiymət artımına səbəb olacaq. Bu da ciddi problemlər yaradacaq”– deyə, millət vəkili vurğulayıb.
***
Millət vəkili çıxışında həmçinin deyib ki, xəstəxanaların özəlləşdirilərək, həkimləri işdən azad etmək yolverilməzdir. Onun sözlərinə görə, özəlləşdirlməyə çıxarılan müəssisələr artıq məlumdur və burada bir sıra xəstəxanaların, xüsusən də, “Kaspar” , “Dəmiryol” xəsətəxanasının və bir sıra ambulator xəstəxanaların özəlləşdirilməsi nəzərdə tutulur.
“Bu xəstəxanaların özəlləşdirilməsi nəticəsində 3 min 500 həkim işsiz qalacaq. Indiki halda buna yol vermək olmaz. Ən azından həmin müəssisələr özəlləşməyə çıxarılanda həkimlərə 3 aylıq kompenssasiya verilməlidir. Bu problem ciddidir və hökumət bu müəssisələri özəlləşdirən zaman bu məsələləri diqqətdə saxlamalıdır”- deyə, millət vəkili bildirib.
Millət vəkili eyni zamanda bildirib ki, parlament iqtisadiyyatın inkişafı üçün Rəqabət Məcəlləsini qəbul etməlidir:
“Bu Məcəllə qəbul edilməyənədək, ölkədə iqtisadi inkişaf mümkün deyil”.
***
Millət vəkili eyni zamanda, dövlət strukturlarında kəskin islahatların aparılaraq, dövlət qurumlarının minimuma endirilməsini hökumətə təklif edib.
Onun sözlərinə görə, ölkə başçısının islahatların həyata keçirilməsi ilə bağlı siyasi iradəsi var və hesab edir ki. hökumət bu trukrtur islaharlarını sürətləndirilməlidir.
“Ona görə də təklif edirəm ki, hökumət strurktur islahatalarını sürətləndirməklə, bir sıra nazirlikləri, komitələri, digər qtrukturları ləğv etməlidir”– deyə, o bildirib.
V. Əhmədov onu da əlavə edib ki, struktur islahatları regionlarda və yerlədə də həyata keçirilməlidir:
“Belə ki, yerli dövlət strukturlarında ciddi islahatlar aparılmalıdır. Necə ki, bu islahatlar nəticəsində rayonlara ayrılan dövlət vəsaitinə qənaət edilib. Hesab edirəm ki, bu islahatlardan qorxmaq lazım deyil və davam etdirmək lazımdır. Baxmayaraq ki, 2017-ci il ölkə iqtisadiyyatı üçün çətin olacaq”.
Etikxeber.az