“Vasim Məmmədəliyevin vəfatı hamımız üçün böyük itkidir” – MEHRİBAN ƏLİYEVA

Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi.

Etikxeber.az xəbər verir ki, bu, birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevanın başsağlığında əksini tapıb.

“Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var.

Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.

Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir.

Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin!“-deyə, başsağlığında sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

“Hamınız bir araya gəlsəniz, bir Türkiyə etməzsiniz” – ƏRDOĞANDAN ƏRƏB LİQASINA

Read Next

Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcək – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0