“Verilən cavablardan tədris haqqında məndə yüksək təəssürat yarandı…” – DEPUTAT – FOTO

“Bu gün Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsinin bir qrup müəllim və tələbələri ilə görüşüm oldu.İki saata qədər çəkən görüşdə həyat yolumdan, deputatlıq və siyasi fəaliyyətimdən danışdım, iştirakçıların çoxsaylı suallarına cavab verdim. Universitet həyatı və tələbələrin təhsili ilə maraqlandım”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində yazıb.

“Verilən cavablardan universitet və tədris haqqında məndə yüksək təəssürat yarandı.

Gənc nəslin formalaşmasında həm Azərbaycanın tarixinə və mülli dəyərlərə söykənən, həm də mütərəqqi xarici təcrübədən uğurla istifadə edildiyi qənaətinə gəldim.

Universitetdə vaxtaşırı belə görüşlərin keçirilməsi ənənəsinin olması barədə məlumat məni sevindirdi…”-deyə, millət vəkili sonra yazıb.

Etikxeber.az

Read Previous

Milli Şura aprelin 8-də mitinq keçirəsi oldu…

Read Next

Düşmən atəşkəs rejimini 123 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir