Vitse-spiker onlayn-QƏBUL KEÇİRDİ VƏ…-FOTOLAR

Bu gün Milli Məclisin (MM) sədr müavini olaraq tərəfimdən növbəti dəfə onlayn rejimdə vətəndaşların qəbulu həyata keçirilib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, müraciətlərin həll olunması istiqamətində zəruri işlər görülüb.

Etikxeber.az xəbər verir ki, bunu vitse-spiker Adil Əliyev deyib.

“Habelə, qəbul zamanı vətəndaşlara cənab Prezidentin tapşırığı ilə koronovirus (Covid19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, hazırlanmış sosial-iqtisadi paket barədə məlumat verilib, cənab Prezidentin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etmək tövsiyə edilib.Nəzərinizə çatdırım ki, bu gün 40 ailəyə maddi, mənəvi və psixoloji yardım göstərilmişdir. Bu işdə əziyyəti olan dostlarıma, qərargahımızın könüllülərinə, dərin təşəkkürümü bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bir tələbə bir elin ümididir, işığıdır…”-DEPUTAT DÜNYASINI DƏYİŞƏN TƏLƏBƏDƏN YAZDI

Read Next

Səfərli getdi, yerinə-İSMAYILOV GƏLDİ – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir