Vüqar Bayramov krediti olanlara 3 ay möhlət verilməsini təklif etdi-TAHİR KƏRİMLİ İSƏ… – YENİLƏNİB

Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var:

“3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.

Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

***

“Mən dəfələrlə komitə iclaslarında, plenar iclaslarda dövlət dilinin tətbiqi ilə bağlı məsələlərə toxunmuşam”.

Bunu isə MM-in komitə sədrinin müavini Tahir Kərimli deyib.

T. Kərimli bildirib ki, dövlət dilinin qorunmasına ehtiyac var:

“Məsələn, mənim adımı fars dilindən çevirsək, adım olacaq Təmiz Köməkli. Toponomiya sözü ancaq yerlə bağlıdır? Hidronomiya ilə bağlı terminləri dəyişəndə də ona bu komissiya baxacaq? Milli Məclis yeganə nümunəvi orqandır ki, dövlət dilinin tətbiqi burada gözlənilir. Ancaq digər yerlərdə bunu demək mümkün deyil. Məsələn, bu yaxınlarda nəvəmin adını “Doğrul” qoymağa icazə vermədilər. Dedilər ki, Toğrul olmalıdır. Toğrul isə əslində Azərbaycan dilində Doğrul deməkdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Toponomiya komissiyasının yeni tərkibi təsdiqləndi-NOVRUZOVUN İRADINA MİRZƏYEVDƏN CAVAB GƏLDİ – YENİLƏNİB

Read Next

Tikinti layihələrinin şəhərsalma sənədlərinin tələblərinə uyğun olmasına dair müddəanın tətbiqi daha-1 İL TƏXİRƏ SALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir