Xalq artisti İlham Əliyevə təşəkkür etdi

“Mənim Azərbaycan teleradiosunun səsinin ucalardan gəlməsi yolunda uzun illik fəaliyyətimi fəxri ad verməklə qiymətləndirən dövlətimizin rəhbərliyinə,cənab Prezidentimiz İlham Əliyevə, Azərbaycan Teleradio QSC-nin sədri hörmətli Arif Alışanova minnətdarlıq edirəm”.

Etikxeber.az xəbər verir ki, bunu bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq artisti adına layiq görülən tanınmış diktor Eldost Bayram (Bayramov) dilə gətirib.

“Eyni zamanda, uzun illər mənə mənəvi dəstək olan çoxsaylı dinləyici və tamaşaçılarıma ürəkdən təşəkkürümü bildirirəm”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, E. Bayramov 1947-ci il yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurub, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub.

Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir.

2006-cı ildə “Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə “Tərəqqi” medalına layiq görülüb.

eldost-bayram

Etikxeber.az

Read Previous

46 yaşlı “Birinci ledi” – FOTOLAR

Read Next

“Nazirliklərdə çalışan müavinlərə, şöbə müdirlərinə baxsanız görəcəksiniz ki, onlar gənclərdir” – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir