Xalq artistinin həyat yoldaşı-PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ

Xalq artisti,rejissor, Prezident təqaüdçüsü, 84 yaşlı sənətkar Ağakişi Kazımov insult keçirib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Analoq.az-a Əməkdar artist Mehriban Abdullayeva məlumat verib.

O, bildirib ki, son günlər Ağakişi müəllim özünü yaxşı hiss etmirmiş.

“2019-cu il noyabr ayının 28-də həyətdə gəzərkən qəflətən yıxıldı. Demək olar ki, o gündən sonra vəziyyəti pisləşdi.

Dekabr ayının 13-də təcili tibbi yardımın ilkin müayinəsindən sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi və ayın 30-da evə buraxıldı.

Qeyd edim ki, yanvar ayının 1-də onun vəziyyəti yenidən pisləşəndə Binəqədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi. Bu gün də orada müalicə alan Ağakişi müəllimin vəziyyəti bir o qədər də yaxşı deyil”– deyən Xalq artistinin həyat yoldaşı M. Abdullayeva  ölkə başçısı  İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevadan A. Kazımovun müalicəsinə yardım etmələrini xahiş edib.

Etikxeber.az

Read Previous

Arif Hacılı-ŞİKAYƏTLƏNDİ

Read Next

Millət vəkili olan daha bir partiya sədrinin-NAMİZƏDLİYİ TƏSDİQLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir