Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində film çəkilməlidir- DEPUTAT

Millət vəkili  Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində filmin çəkilməsini təklif edir.

Etikxeber.az xəbər verir ki, bu təkliflə Milli Məclisin (MM) Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

Bosniya və Hersoqovina soyqırımından sonra çəkilən “Leyla” filminin bu hadisənin tanınmasına təsir göstərdiyini deyən M.İbrahimqizi qeyd edib ki, ermənilər onların guya soyqırımına məruz qaldıqlarını dünyaya göstərmək üçün Hollivud səviyyəsində bir necə film çəkiblər.

“Ermənilər Hollivudda soyqırımlarla bağlı bir necə film çəkiblər. Bizim də Xocalı faciəsi ilə bağlı Hollivud səviyyəsində filmin çəkilməsinə ehtiyacımız var. Etiraf etməliyik ki, Azərbaycanda beynəlxalq səviyyəli filmlər çox azdır. Amma biz Xocalı faciəsinə görə bunu etməliyik”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Jalə Əliyevanın daha bir qəbulu: SEÇİCİLƏR NƏDƏN DANIŞDI, NƏYƏ GÖRƏ MİNNƏTDARLIQ ETDİLƏR? – FOTOLAR

Read Next

Bu, Allaha da xoş gedər, bəndəyə də… – JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir