“Xocalım, sən azadsan! Sən bizim idin, bizim oldun, hər zaman da bizimsən!”-JALƏ ƏLİYEVA ALİ BAŞ KOMANDANIN XOCALI SƏFƏRİNDƏN YAZDI

“Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq…”

Bu fikirlər Qalib Sərkərdə, Xalqının Xilaskar oğlu, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Bu fikirləri Müzəffər Ali Baş Komandanımız 31 ildən sonra-2023-cü ilin sentyabrında işğaldan azad olunmuş, ötən ilin 15 oktyabr tarixində isə üzərində yenidən üçrəngli müqəddəs Azərbaycan bayrağı dalğalandırılmış Xocalımızda dilə gətirdi.

O Xocalıda ki, 32 il öncə orada-soyuq qış günündə saat əqrəbi kimi həyat dayanmış, insanlıq ölmüşdü.

O Xocalıda ki, 32 il öncə orada Xatını, Holokostu, Serebrenitsanı belə dəhşətinə, vəhşətinə görə geridə qoyan qətliam, soyqırımı yaşanmışdı.

O Xocalıda ki, orada hər yer qana bələnmii, qan su yerinə axmış-axıdılmış, ah-nalə, fəryad Yerə-Görə bülənd olmuşdu.

O Xocalıda ki, terror və faşist dövləti olan Ermənistan qanlı, amansız faciə, qətliam törədərək günahsız insanları qətlə yetirmişdi.

613 insan vəhşicəsinə qətlə yetirilmiş, 150 insan itkin düşmüş, 1000-dən çox insan girov götürülmüş, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində məhv edilmişdi, insanlıq dramı yaşanmışdı.

Bu qanlı qətliamı, bu soyqırımını da insanlıq edə, törə bilməzdi, bu vəhşəti, bu dəhşəti, bu qaniçənliyi ancaq insanlıq donuna bürünmüş şeytan, iblis xislətli, quduzlaşmış erməni cinayətkarları və onları murdar havadarları edə, törədə bilərdi.

Etdilər də, törətdilər də…

Çünki özlərinə arxayın idilər, çünki dünyanın kar, kor və lallığına, səssiz, susqun qalacağına, görməzdən gələcəyinə əmin idilər…

Kar, kor, lal, susqun qaldılar da, görməzdən gəldilər də…

Ancaq hesablaya bilmədikləri, hesaba qatmadıqları bir məqam da vardı…

Bu məqam da Azərbaycan xalqının əzmi, iradəsi, torpaqlarının işğalı ilə barışmayacağı, Xocalının intiqamını almayana qədər rahat, sakit dayanmağacağı, səssiz qalmayacağı idi.

Bəli! Azərbaycan xalqı, Azərbaycan dövləti bu böyük haqsızlıqla barışmadı, səssiz, susqun qalmadı, dözmədi, qəbul etmədi .

Aprel döyüşəri, Cünnüt əməliyyatı, tarixi 44 günlük İkinci Vətən Müharibəsi, 8 noyabr (Şuşa) Zəfəri, Fərrux, “Qisas” əməliyyatları ilə davam edən yol 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı ilə öz hədəfinə çatdı.

Erməni separatizminin daşı-daş üstündə qalmadı, Azərbaycanın hər qarışında suverenliyi, bütövlüyü təmin olundu, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavəndə, Əsgəranda da üçrəngli bayrağımız ucaldıldı, dalğalandırıldı.

Qatillər, qanlı cinayətkarlar bir-bir tutularaq, qandallanaraq həbsxanaya, qazamata, layiq olduqları yerə atıldılar…

Və çox tezliklə Haqq divanında məhşər ayağına çəkiləcək, tarix və insanlıq qarşısında layiqli cəzalarını alacaqlar.

Və bir gün digərləri-Köçəryanlar, Sarqsyanlar, Ohanyanlar, digər yanlar da tutularaq, qandallanaraq Azərbaycana gətiriləcək, öz layiqli cəzalarına layiq görüləcəklər!

Son illərdə, xüsusilə də, 2020-ci ilin payızından bu yana çox möcüzələr yaşadıq, çox möcüzələrə imza atdıq…

Hətta bir çoxu hələ də bizə yuxu kimi gəlir…

Amma yuxu deyil, yaşadığımız, arzuladğımız reallıqlardır.

Hələ çox möcüzələr yaşayacağıq, hələ çox möcüzələrin şahidi olacağıq!

Qələbələrimizin, Zəfərlərimiz baş memarı Müzəffər Ali Baş Komandanımızın bəyan etdiyi kimi, biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır.

Ancaq bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki? Etmədilər və biz də etmədik və etməyəcəyik!

Xocalım, sən azadsan!

Xocalımız, sən bizim idin, bizim də oldun, bizim də olacaqsan!

Bir bədəndə iki can kimiyik, əziz, doğma Xocalım!

Jalə ƏLİYEVA,

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

“Bu, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir