“Yəqin ki, Prezidentin son fikirlərindən ciddi dərs çıxararlar…” – QƏNİRƏ PAŞAYEVA

Təşəkkürlər, cənab Prezident! Bu sərt və həssas mövqeyiniz üçün! Kiçik bir böhran yaşanan kimi bəziləri sanki fürsət gözləyir-daha çox pul qazanmaq üçün qiymətləri artırsınlar. Kasıbları da düşünmək lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“Amma təəssüf ki, bəziləri üçün bu, önəmli deyil. Belələri hələ də başa düşmür ki, hər kəs bu dünyadan, sadəcə, özü boyda kəfən aparır və dua. Bir də bəddua aparanlar var…Cənab Prezidentin bu fikirlərindən ciddi dərs çıxararlar.

Prezident Ilham Əliyev: “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur, buna heç cür izahat tapmaq mümkün deyil…” – İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

Millimizin Millətlər Liqasındakı rəqibləri-MƏLUM OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir