Yanğın “növbəsi” “Binə”yə çatdı – YENİLƏNİB

Binə ticarət mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  Etikxeber.az-a bildiriblər ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 40 kvadratmetr olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb.

Bitişik digər anbarlar yanğından mühafizə olunub.

FHN-dən bildiriblər ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

“Paşinyanın Los-Ancelesdə çıxışı zamanı Tehrandakı təxribatın təkrarlanması ehtimalı var” – Politoloq

Read Next

“Türk xalqları onu hər zaman sevib və sevəcək” – AZƏRBAYCANDAN ATAMBAYEVƏ DƏSTƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir