Yanğınla bağlı monitorinq və araşdırma işlərinə başlanıldı – NAZİRLİK

İyunun 3-də Binəqədi rayonu, 7-ci mikrorayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerində monitorinq və araşdırma işlərinə başlayıblar.

binaqa

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüblər. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirirlər.

Etikxeber.az

Read Previous

“Gün eynəklərini hər kəs hər yerdə sata bilməz” – MUSA QULİYEV

Read Next

“Əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var” – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir