Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
YAP-çı deputat Musa Quliyev “Milli Məclisin Daxili Nizamnaməsi haqqında” və “Deputatın etik davranış qaydaları haqqında” qanunlara edilən dəyişikliklərə sərt reaksiya verib.
Etikxeber.az xəbər verir ki, o, bu dəyişiklikləri deputatlara hörmətsizlik kimi dəyərləndirib:
“Sanki biz seçkili orqanın üzvləri yox, təyinatlı orqanın üzvlərik. Milli Məclis və deputatlarla bağlı qanunlara təklif olunan dəyişikliklər məıhz bu anlamı verir. Bununla deputatlara hörmət edilmir. Biz gəldi, gedərik, parlament qalandır.
Bizi xalq seçir. Amma mandatımız alınarkən xalqdan soruşan yoxdur ki, sənin nümayəndəni mandatdan məhrum edirlər?! Bu, mütləq beynəlxalq ekspertizadan keçirməlidir.
Deyilir ki, deputat istefa verməsi haqqında iclasda fikir desə və o stenoqrama düşsə, sonra fikrini dəyişə bilməz. İndi nə olar kimsə əsəbiləşə bilər, ağzından nəsə çıxar, sabah özünə gələndə fikrini dəyişə bilər. Amma bu qəbul edilmir. Bu, düzgün deyil”.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, qanun layihələri heç bir halda deputatların əleyhinə yönəlməyib:
“Niyə? Onun səbəbini ikinci oxunuşda deyəcəyəm”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az