YAP-çı deputat və keçmiş komitə sədrinin müavini “Şöhrət” ordeni ilə təltif olundu

Ölkə prezidenti İlaham Əliyev millət vəkili, YAP-çı M.İbrahimqızının  “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı “Şöhrət” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, M.İbrahimqızı  1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitiib. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür.

1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olub, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvüdür.

YAP Nəsimi rayon təşkilatının sədridir.

İkinci, üçüncü, dördüncü çağırış  Azərbaycan Respublikası Milli Məclisinin deputatı olun.

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə V çağırışda 21 saylı Nəsimi birinci seçki dairəsindən millət vəkili seçilib.

Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Liviya, Azərbaycan-Suriya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 2 övladı var.

2 gün öncə 60 yaşı tamam olub.

Təbrik edir, uğurlar arzulayırıq!

Etikxeber.az

Read Previous

Ramiz Mehdiyevin oğlu “ASAN”ın yeni rəhbəri oldu – SƏRƏNCAM

Read Next

Maradona “Əl-Füceyrə”nin baş məşqçi vəzifəsindən istefa verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir