YAP-ın Şirvan bölgəsi üzrə təşkilat sədrlərinin müşavirə keçirildi – FOTO

Sentyabrın 21-də İsmayıllı şəhərində Yeni Azərbaycan Partiyasının İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir və Şamaxı ərazi ilk partiya təşkilatları sədrlərinın iştirakı ilə müşavirə keçirilib.

Etikxeber.az xəbər verir ki, müşavirədən əvvəl Azərbaycan Respublikası Baş nazirinin müavini,Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub.

Müşavirədə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov iştirak ediblər.

eldar-is-2

Müşavirədə çıxış edən  Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirib.

O, bu ilin əvvəlindən dövlətimizin başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirildiyini və bunun nəticəsində ölkəmizdə əməkhaqlarının, təqaüdlərin və sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.

YAP Sədrinin müavini – İcra katibi partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.

Etikxeber.az

 

 

Read Previous

“Sabitlik hər bir valideyndə öz uşaqlarının gələcəyinə arxayınçılıq hissi yaradır” – VİTSE- PREMYER – FOTOLAR -YENİLƏNİB

Read Next

Oqtay Əsədov Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir