YAP zona müşavirəsi, hərbi hissədə görüş keçirdi, gənclərlə bir araya gəldi – FOTOLAR – YENİLƏNİB – (1)

Ağcabədidə Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi, Laçın, Bərdə Ağdam və Tərtər rayon təşkilat sədrləri ilə zona müşavirəsi və gənclərlə görüş keçirilib.

Etikxeber.az-ın görə, tədbir iştirakçıları əvvəlcə mərhum dövlət başçısı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Olimpiya İdman Kompleksində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

YAP Siyasi Şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbiri açaraq prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, Ağcabədi rayonunun 136 min nəfər əhalisinin 37 min 700 nəfərini 14-29 yaşlı gənclər təşkil edir.

YAP Ağcabədi rayonunun 15 min 600 nəfər üzvündən 6465 nəfəri gənclərdir. Dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğısı nəticəsində Ağcabədi rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, rayon iqtisadiyyatı və aqrar sahə inkişaf etdirilir. Ağcabədili gənclər rayonun inkişafında, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər.

***

Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan prezidentinin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. Azərbaycanın öz tarixinin ən gözəl dövrünü yaşadığını deyən Baş Nazirin müavini bildirib ki, ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik, əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün arxayınçılıq yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçün imkan və şarait yaradılır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan qaldırılır.

Ə.Əhmədov qeyd edib ki, ölkəmizdə gənclər üçün hər cür həyat şərait yaradılıb. Gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar.

Həmçinin, deputat Tahir Rzayev çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olmalarından danışıb, onlara uğurlar arzulayıb.

 

Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib. Təbbir iştirakçıları daha sonra N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib. İncəsənət nümayəndələri hərbi hissədə çıxış ediblər.

Daha sonra Ağcabədi, Laçın, Bərdə Ağdam və Tərtər rayon təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib.

yap-10

yap-13

yap-12

***

YAP-dan (Ağcabədidən) olan millət vəkili T. Rzayev saytımıza açıqlamasında isə istər zona müsavirəsinin, istərsə də hərbi hissədə keçirilən görüşün, gənclərlə bir araya gəlinməsinin çox önəmli və əlamətdar hadisə olduğunu bildirib.

O, qeyd edib ki, YAP xalqın partiyası, xalqın ruhundan doğan bir partiya olduğu üçün hər zaman xalqının, ölkəsinin, dövlətinin keşiyində ayıq-sayıq dayanan əsgərinin, Ordusunun yanındadır, onunla nəfəs alır.

Millət vəkilinin sözlərinə görə, bu cür təmaslar YAP-ın nüfuzunu daha da artırır, onun xalqla birgəliyini, vəhdətliliyini daha da möhkəmləndirir, onu növbəti qələbələrdən-qələbələrə doğru aparır.

T.Rzayev bildirib ki,  həm də Azərbaycan gənclərinin, Azərbaycan gəncliyinin partiyası olan YAP-ın qələbələrinin, nailiyyətlərinin kökündə məhz bunlar-xalqla birgəlik və vəhdətlilik dayanır.

yap-16

yap-11

“Çünki başqa cür də ola bilməz. Böyük dövlət və siyasət adamı olan Ulu Öndər Heydər Əliyevin yaratdığı, qurduğu və onun  layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin ləyaqətlə, şərəflə rəhbərlik etdiyi YAP öz fəaliyyətində, 27 illik həyatında daim xalqının yanında olub, onun qayğıları, problemləri, arzuları, istəkləri ilə yaşayıb. Hər zaman xalqından nəfəs alıb, rişələnib. Bugünkü tədbirlər də bir daha bunun sübutu oldu. Həm zona müşavirəsi, həm gənclərlə bir araya gəlinməsi, həm hərbi hissədə əsgərlərimizlə, hərbçilərimizlə keçirilən görüş hər birimizdə gözəl, dərin hisslər, duyğular yaratdı. Bu gün ölkəmiz təcavüzkar və işğalçı Ermənistanın və onun himayədarlarının 31 ildən artıq davam edən fitnəkarlığı üzündən müharibə vəziyyətində yaşayır.

Belə olan təqdirdə də, sülh dövrü ilə müqayisədə bu gün ölkəmizdə milli-hərbi vətənpərvərlik ruhunun qaldırılması, yüksəldilməsi olduqca vacibdir və çox sevindirici, qürurverici haldır ki, gündən-günə xalqımızda, xüsusilə, gələcəyimiz, yetişməkdə olan gənc nəsildə, yeniyetmələr arasında milli-hərbi vətənpərvərlik ruhu güclənməkdə, artmaqdadır. Gənclərimiz, cavanlarımız daha çox vətənlərinə, doğma topraqlarına bağlanmaqadadırlar. Bunlar da heç şübhəsiz ki, səbəbsiz deyil. Bunlar  ölkə prezidenti-Ali Baş Komandan cənab İlham Əliyevin və onun rəhbəri olduğu YAP-ın gördüyü işlərlə, atdığı addımlarla, bütün sahələrdə ölçüyəgəlməz uğurlarla bağlıdır.

İnsanlar bu uğurları gördükcə, şahidi olduqca, dövlətinə, vətəninə, rəhbərinə daha çox bağlanır, ona daha çox güvənir. Arpel hadisələri, Cünnüt və Qazax əməliyyatları da bir daha Azərbaycan xalqının, Azərbaycan gəncinin, Azərbaycan əsgərinin nəyə qadir, onun döyüş ruhunun, döyüş qabiliyyətinin, vətənpərvərlik hisslərinin, Azərbaycana bağlılığının hansı yüksək dərəcədə olduğunu gözlər önünə sərmiş oldu. Odur ki, bu istiqamətdə işlər davamlı olmalı, milli-hərbi vətənpərvərlik ruhunun daha da artırılması istiqamətində bu cür təmaslar, hərbi hissələrdə bu gür görüşlər ənənəvi və mütəmadi hal almalıdır. Çox sevinirəm və qürürluyam ki, üzvü olduğum partiya-YAP-da məhz belə edir, bu istiqamətdə öz hədəflərinə doğru inamla addımlayır. Bir sözlə, bu günün təəssüratı  çox yüksəkdir…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

 

 

Read Previous

Azərbaycan – Xorvatiya oyununa hakim təyinatında dəyişiklik edildi

Read Next

Zelenskidən sonra Makronla da danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir