Yataqxanada yaşayan Şəhid balası Hüseyn Rzayevin 1 yaşı tamam oldu-YAXINLARI, QONŞULARI, BƏZİ ŞƏHİD AİLƏLƏRİ TƏBRİKƏ GƏLDİLƏR – FOTOLAR – YENİLƏNİB

Bu gün, 30 iyul tarixində Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Rzayevin tək-yeganə övladı Hüseyn Əli oğlu Rzayevin bir yaşı tamam olur.

Etikxeber.az-ın xəbərinə görə, Şəhid balası-balaca Hüseyn 2020-ci ilin iyulun 30-unda Mingəçevir şəhərində anadan olub.

Qeyd edək ki, Hüseynin atası Şəhid Əli Rzayev də məhz iyul ayında dünya gəlib.

Şəhid Əli Rzayev də övladı kimi, evin-ailənin tək oğlan övladı olub.

O, atasını illər öncə itirib və anası ilə yataqxanada yaşayıb.

2019-cu ilin noyabrın 12-sində isə Gülü adlı qızla evlənib.

Və bu evlilikdən Hüseyn adlı övladları dünyaya gəlib.

Əli 11 ayın bəyi, Gülü isə 11 ayın gəlini olub.

İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edən Əli Rzayev Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub və bir neçə gündən sonra nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidimiz cəmi 2 ay övladının üzünü görə bilib…

1 yaşının tamamında, ilk ad günündə balaca Hüseyn və anası Gülü Rzayeva isə tək, yalnız buraxılmayıb.

Mingəçevirdən olan bəzi Şəhid ailələri, o cümlədən, qohumlar, qonşular 1 yaşı tamam olan Hüseyni təbrik etmək onların yaşadığı yataqxanaya gəliblər, Şəhid balasına hədiyyələr təqdim ediblər.

Şəhidin həyat yoldaşı Gülü xanım da onları belə bir gündə tək-yalnız buraxmadıqları, onlara baş çəkdikləri üçün ad gününə təşrif buyuran hər kəsə minnətdarlığını bildirib.

Ad günün, 1 yaşın mübarək olsun, Şəhid balası Hüseyn bala!

Atanın-Şəhidinin torpağı sanı yaşayasan!

13:31

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hazırda gücləndirici peyvənd dozasına ehtiyac yoxdur”-PREZİDENT

Read Next

Yol tikintisinə 5,6 milyon manat ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir