“Yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik” – MİLLƏT VƏKİLİ

Təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Məhz buna görə ölkəmizdə təhsil quruculuğu əsas vəzifələr sırasındadır və təhsilimizin birbaşa inkişafı ölkə Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə bağlıdır.

Etikxeber.az xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev  bildirib.

Millət vəkili qeyd edib ki, ölkə başçısının sərəncamlarına əsasən təhsil islahatının uğurla apartılması, müxtəlif dövlət proqramları və layihələrin gerçəkləşdirilməsi, yeni mahiyyət və məzmun daşıyan zəruri sənədlərin qəbul edilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, köhnə məktəblərin əsaslı təmir olunması sahəsində görülmüş işlər təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir güstərib:

“Dövlətimizin qayğısı ilə ən müasir avadanlıqlarla təchiz olunan məktəblərimiz isə gənclərin tədrisdə, təlim və tərbiyədə uğurlar qazanmasına imkan yaradıb.

Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədə iştirak edənlərin sayını açıqladı. Ötən illərlə müqayisədə yüksək nəticə əldə edilib. 42062 nəfər tələbə adını qazanıb. Onların 3 nəfəri incəsənət, 3 nəfəri dünya fənn olimpiyadası, 21 nəfəri respublika fənn olimpiyadası, 71 nəfəri idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfəri isə beynəlxalq səviyyədə akkreditasiya olunan Internatıonal Baccalaureate təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.

SAT imtahanının nəticələrinə əsasən 104 abituriyent ADA Universitetinin tələbəsi adına layiq görülüb Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub”.

NAQİF

Millət vəkili vurğulayıb ki, milli təhsilimizin gündən-günə inkişafı, yenilənməsi minlərlə tələbənin ailəsinə sevinc hissləri yaşadıb. Həyatının tamamilə yeni dövrünə qədəm qoyan, tələbə adına layiq görülən gənclər məhz buna görə, ilk növbədə, dövlətimizə minnətdardırlar:

“Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycanın xoşbəxt gələcəyi üçün gənclər layiqli Azərbaycan vətəndaşı adını şərəflə daşımalıdır, öz ölkəsinin, millətinin, xalqının vətənpərvər övladı olmalıdır”.

Bu müdrik fikirlər daim Azərbaycan gənclərində yüksək amallar formalaşdırıb, ölkəmizi ümummilli lideri Heydər Əliyev kimi sevməyə, Vətənimizə, xalqımıza fədakarlıqla xidmət göstərməyə ruhlandırıb.

Əminəm ki, bu gün tələbə adını qazanmaq şərəfini yaşayan gənclər gələcəkdə ölkəmizin adına layiq vətəndaş və yaxşı mütəxəssis olacaqlar. Gələcək cəmiyyətimiz müasir düşüncəli, milli ruhlu, əməksevər Vətən sevgisi ilə yaşayan gənclərdən asılıdır.

Tələbə adını qazanan gəncləri təbrik edir, həyatlarının yeni mərhələsində uğurlar arzulayıram!”.

Etikxeber.az

Read Previous

Qurban bayramı münasibəti ilə Prezidentdən – TƏBRİK

Read Next

XİN və “Azərkosmos” Ermənistanın Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyəti ilə bağlı açıqlama yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir