“Yaxşı olar ki, bank kreditləri onlar səfərbərliyə alındığı gündən dondurulsun…”-DEPUTATDAN ÖNƏMLİ TƏKLİF

Səfərbərliyə alınmış şəxslərin ailələri tərəfindən bizə müraciətlər daxil olur. Müraciətlər bank kreditləri ilə bağlıdır.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən deputat Erkin Qədirli bildirib. 

Deputatın sözlərinə görə, vətən borcunu yerinə yetirənlər başqa borcları düşünməməlidir.

“Səfərbərliyə alınmış şəxslərin ailələrinin bank kreditlərini ödəmək imkanları yoxdu. Yaxşı olar ki, bank kreditləri onlar səfərbərliyə alındığı gündən dondurulsun. Səfərbərliyə alınımşların buna mənəvi haqqı çatır. Vətən borcunu yerinə yetirənlər başqa borcları düşünməməlidir. Onlar vətən borclarını yerinə yetirərkən fikirləri ailənin qayğılarında qalmamalıdır“-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan BMT üzv dövlətlərini öz ərazilərindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşməsi məqsədilə istifadənin qarşısını almağa çağırır…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Ali təhsil diplomlarının tanınması proseduru-TƏKMİLLƏŞDİRİLDİ – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir