“Yenə də QDİƏT PM-dəki təmsilçiliyimi davam etdirəcəyəm”-MUSA QULİYEV – NÜMAYƏNDƏ HEYƏTİNƏ YENƏ ELDAR QULİYEV RƏHBƏRLİK EDƏCƏK – JALƏ ƏLİYEVA HEYƏTDƏN GEDİR? – YENİLƏNİB – (1)

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki (QDİƏT PM) nümayəndə heyətində fəaliyyətimi, təmsilçiliyimi bu dəfə də davam etdirəcəyəm.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Musa Quliyev deyib.

O, nümayəndə heyətinin formalaşdırlılmasının başa çatmaq üzrə olduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycan, MM QDİƏT PM-də 6 millət vəkili ilə təmsil olunur.

5-ci çağırış dönəmində MM-in QDİƏT PM-dəki nümayəndə heyətində bu millət vəkilləri təmsil olunublar: Eldar Quliyev sədr, Jalə Əliyeva, Musa Quliyev, Aydın Mirzəzadə, Əflatun Amaşov İlham Əliyev.

Onu da qeyd edək ki, Ə. Amaşovİ. Əliyev 6-cı çağırış MM-in üzvü olmadıqları üçün, onların başqaları ilə əvəzlənməsi gözlənilir.

Adıçəkilən heyətdə uzun illərdir təmsil olunan J. Əliyeva, eləcə də, millət vəkili A. Mirzəzadənin yenidən nümayəndə heyətində təmsilçilikləri gözlənilir.

Bütövlükdə nümayəndə heyətinin üzvləri və sədri ilə bağlı məlumat yaxın günlərdə açıqlanacaq.

15:05

***

Əldə etdiyimiz məlumata görə, nümayəndə heyətinə yenə professor E. Quliyev rəhbərlik edəcək.

15:55

***

Son məlumata görə isə uzun illər nümayəndə heyətinin üzvü olan professor J. Əliyevanın buradan ayrılaraq, başqa bir nümayəndə heyətinə keçməsi gözlənilir.

Onun spiker Sahibə Qafarovanın rəhbərlik edəcəyi MDB Parlamentlərarası Assambleyasındakı (PA) Azərbaycan nümayəndə heyətində fəaliyyət göstərəcəyi qeyd olunur.

Etikxeber.az

Read Previous

“İndiyədək bu məsələ ilə bağlı hər hansı açıqlama verilməyib…”-DEPUTAT 3 TƏKLİFLƏ ÇIXIŞ ETDİ

Read Next

AŞPA-dakı nümayəndə heyəti: SAHİBƏ QAFAROVA İLƏ NAQİF HƏMZƏYEVİ PƏRVİN KƏRİMZADƏ VƏ KAMAL CƏFƏROV ƏVƏZLƏDİLƏR – NİGAR ARPADARAİ, TURAL GƏNCƏLİYEV, KÖNÜL NURULLAYEVA, ERKİN QƏDİRLİ İSƏ…-TAM SİYAHI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir