Yeni nazirin anası bir sıra məşhur mahnıların müəllifi olub

Ölkə prezidenti İlham Əliyev tərəfindən dünən ekologiya və təbii sərvətlər naziri təyin edilən  Muxtar Babayev şair-bəstəkar İzolda Babayevanın oğlu imiş.

Etikxeber.az-ın xəbərinə görə, İ. Babayeva uzun illər müəllimlik-pedaqoqluq fəaliyyəti ilə məşğul olub.

O, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub.

izolda-1

muxtar-babayev2

İ. Babayeva həmçinin bir çox tanınmış müğənnilər tərəfindən oxunan və sevilən mahnıların həm sözlərinin, həm də musiqilərinin müəllifi olub.

Həmin mahnılar sırasında “Bu odlu baxış”, “İnanmaq istəyirəm”, “Sən olmasan”, “Qubam mənim” manıları var.

Adıçəkilən mahnıları isə müğənnilərdən Xalq artisti mərhum İlhamə Quliyeva, Əməkdar artis Fidan Hacıyeva, həmçinin Almaz Ələsgərli və digərləri ifa ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatlar təbrik olundu, Ombudsman hesabat verdi – YENİLƏNİB – (2)

Read Next

Məşğulluqla bağlı qanun birinci oxunuşdan keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir