“Yenidən sağlamlığıma qovuşacağıma, ayaqlarım üstündə dayanacağıma çox ümidliyəm…Bir an olsun belə ümidi itirməmişəm…”-ON İLİN XÜSUSİ TƏYİNATLISI, GİZİR, 7 MEDALLI, İKİ ÖVLAD ATASI, BİRİNCİ QRUP MÜHARİBƏ ƏLİLİ, QAZİ ƏZİM QAFAROV – FOTOLAR

Azərbaycan torpaqlarının, Qarabağımızın erməni işğalından azad olunmasında canını sipər edən, sağlamlığından keçən, fədakarlıq nümayiş etdirən Vətən sevdalısı övladlarımızdan biri də Əzim Rafiq oğlu Qafarovdur…

İgid, Qəhrəman, Cəsur, Qorxmaz Azərbaycan övladı Əzim Rafiq oğlu…

Bakılı, Sabunçulu, Maştağalı, 10 ilin Xüsusi Təyinatlısı Əzim Qafarov…

Bu yerdə qeyd edim ki, Əzim Qafarov 1986-cı ilin oktyabr ayının 9-da Bakının Maştağa qəsəbəsində, sadə bir ailədə dünyaya gəlib…

Atası poçt işçisi, anası isə evdar xanımdır…

Əzim ailənin iki övladından, iki qardaşdan biridir və evin böyük oğludur…

1992-2003-cü illərdə Maştağa qəsəbəsində yerləşən 255 saylı orta məktəbdə oxuyub…

İdmanla, qaydasız döyüş növü ilə məşğul olub…

2004-2006-cı illərdə Şəmkir istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Vətənin keşiyində dayanıb…

Əsgərlikdən sonra, 2006-2010-cı illərdə Bakı şəhərindəki idman zallarından birində çalışıb, qaydasız döyüş növü üzrə gənc idmançılar yetişdirib…

2010-cu ildən Daxili Qoşunlarda fəaliyyətə başlayıb, Xüsusi Təyinatlılardan olub…

Əvvəlcə Baş çavuş, sonra isə Gizir rütbəsində fəaliyyət göstərib…

Tarixi 44 günlük İkinci Vətən Müharibəsi zamanı isə Daxili Qoşunların Xüsusi Təyinatlılarından biri kimi Vətənin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu 8 gün çəkib…

3 gün Kəlbəcər-Murov istiqamətində, sonra Füzuli Cəbrayıl istiqamətnlərində döyüşüb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

oktyabrın 4-də Cəbrayılda, “Vışka” deyilən yerdə, qanlı döyüşlərdən birində 3 güllə yarası alıb, ağır, ölümcül yaralınıb…

Tədris Cərrahiyyə Klinikasında, Mərkəzi Gömrük Hospitalında və Daxili Qoşunların Hospitalında ağır müalicə və müayinələrdən keçib, bir neçə dəfə əməliyyat olunub…

Əməliyyatlar zamanı qarnındakı, ürək nahiyəsinə yaxın yerdə-sol qolutğunun altındakı və onurğa sümüyündəki güllələr çıxarılıb…

Ancaq onurğa sümüyünə dəyən güllə onun səhhətini daha çox korlayıb, əlil olmasına səbəb olub…

Əzim 3 ildən çoxdur hərəkət edə, yeriyə bilmir, əlil arabasına məhkum olub…

Eyni zamanda, səhhətində digər problemlər yaşanıb, yataq yarası əmələ gəlib…

Səhhəti ilə bağlı “YAŞAT” tərəfindən qardaş Türkiyəyə-Bursa şəhərindəki klinikalardan birinə-müalicə və müayinəyə göndərilib…

2021-ci ilin fevralından 2023-cü ilin fevralına kimi düz iki il qardaş Türkiyədə müalicə-müalicə, fiziotepapiya alıb…

20 dəfədən çox əməliyyat olunub…

…Və bir ildən çoxdur Buzovna qəsəbəsində yerləşən Reabilitasiya Mərkəzində yatır…

***

Əzim həm də ailəli, iki övlad atasıdır…

2011-ci ildə ailə həyatı quran Əzimin 2012-ci ildə Nurcahan adlı qızı, 2013-cü ildə isə Elcan adlı oğlu dünyaya gəlib…

Hər iki övladı hazırda Sumqayıt şəhərində yerləşən “Təfəkkür” liseyində təhsil alırlar…

Qazimiz İkinci Vətən Müharibəsindən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şüşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, o cümlədən “Şücaətə görə” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Həmçinin, mənzillə və avomobillə təmin olunub…

Ancaq ailəsi hazırda Sumqayıt şəhərində kirayədə yaşayır…

***

Bu gün-15 mart 2024-cü il tarixində, səhər saatlarında Vətən sevdalısı Qazimizi Buzovnada yerləşən Reabilitasiya Mərkəzində ziyarət etdim…

Bir saatdan çox çəkən ziyarətim zamanı Qazimizlə bir xeyli söhbətləşdim…

Ona Allahdan şəfa dilədim, uzun ömür arzuladım…

“…Tam sağalmayana, ayaqlarım üstümdə dayanmayana qədər buradan heç yerə getməyəcəyəm…Reabilitasiya Mərkəzindən tam, sağlam şəkildə çıxandan sonra ailəmin, balalarımın yanına gedəcəyəm…Elə şeylər var ki, demək olmur…Yenidən sağlamlığıma qovuşacağıma, ayaqlarım üstündə dayanacağıma da çox ümidliyəm…Bir an olsun belə ümidi itirməmişəm…”-deyə, Əzim qeyd edir…

Allah qorusun, Vətən sevdalısı Qazimizi!

Böyük Yardan tezliklə tam sağlamlığına qovuşdursun!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bir oğlu Şəhid olmuş, digər oğlu və həyat yoldaşı avtoqəzada faciəli şəkildə həyatını itirmiş-TƏRLAN ANANIN, TƏRLAN XƏLİLOVANIN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… VƏ YA ŞƏHİD-MİLLİ QƏHRƏMAN ELDAR XƏLİLOVUN ADI 271 SAYLI ORTA MƏKTƏBƏ VERİLƏCƏKMİ? – FOTOLAR

Read Next

İranlı narkotacirə kuryerlik edən paytaxt sakini saxlanıldı-HACIQABULDA SİLSİLƏ ƏMƏLİYYATLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir