Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin baş naziri Binəli Yıldırım martın 14-də Azərbaycana səfər edəcək.
Etikxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçiriləcək 6-cı Qlobal Bakı Forumuna qatılmaqdır.
Səfər çərçivəsində Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasi-zadə ilə bir araya gələcəyi gözlənilir.
Həmçinin, qeyd olunur ki, B. Yıldırım 6-cı Qlobal Bakı Forumunda “Güc: Böyük güclər və diğərləri” adlı paneldə çıxış edəcək.
Səfər martın 15-i başa çatacaq.
Etikxeber.az