“Zəfər tariximizin qalib sərkərdəsi – Prezident İlham Əliyev”-AYDIN TAĞIYEV YAZIR

XX əsr Azərbaycan tarixinin ən parlaq dövrü Heydər Əliyevin adı ilə bağlıdır.

Bu dahi şəxsiyyətin hakimiyyətə gəldiyi 1960-cı illərin sonunda Azərbaycanda mövcud vəziyyət istər sosial-iqtisadi, istərsə də mədəni baxımdan tənəzzül dövrü yaşayırdı.

Belə bir dövrdə milli dəyərlərə önəm verən  geniş dünyagörüşü və uzaqgörənliyi ilə seçilən bir şəxsiyyətin hakimiyyətə gəlişi ölkəmizin hərtərəfli inkişaf yolunun müəyən edilməsi üçün başlanğıc oldu.

Belə ki, onun rəhbərliyi ilə ictimai mühitin bütün sahələrində sürətli inkişaf, milli ruhun oyanışı, mədəni tərəqqi açıq şəkildə hiss edilirdi. Lakin bu çoxşaxəli inkişaf prosesi təkcə ölkədaxili fəaliyyətlə məhdudlaşmırdı.

Onun güclü siyasətçi və müdrik rəhbər kimi Azərbaycanı təmsil etməsi, dünya miqyasında tanınması ölkəmizin xarici siyasətinə müsbət təsiri və tarixi nəaliyyətləri ilə nəticələndi.

Heydər Əliyevin şəxsi təşəbbüsü və gərgin əməyi nəticəsində hərbi sahəyə marağın oyadılması və peşəkar milli kadrların hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. Beləliklə bugünki zəfərimizin təməl daşlar qoyulmuş oldu. 1970-ci illərdə ölkəmizin müxtəlif bölgələrində tarix diyarşünaslıq muzeyləri açıldı, elm və mədəniyyət xadimlərimizin abidələri ucaldıldı.

1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul edildi və H.Əliyevin iştirakı ilə M.P.Vaqifin xatirə kompleksinin açılışı oldu. Qərarın qəbulundan sonra bu şəhərdə  Xan qızı Natəvanın abidəsi ucaldıldı. Artıq o vaxtlar Azərbaycanın milli mədəniyyətini təbliğ və inkişaf etdirən 12 dövlət teatr, 2312 kitabxana, 29 muzey, 79 musiqi məktəbi fəaliyyət göstərirdi.  Bütün bunlar dahi şəxsiyyətin mədəniyyətə, elmə və onun yaradıcılarına verdiyi yüksək qiymətin göstəricisi idi. 

Ulu öndər dediyi kimi: “Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki, xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də , böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”.

Bu sözlər onun Azərbaycan xalqının milli mədəniyyətinə, tarixi qaynaqlarına necə böyük diqqətlə yanaşmasının göstəricisidir.  Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi 1992-ci ildə yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə sıx şəkildə bağlıdır. İctimaiyyətin bütün təbəqələrini təmsil edən 600 mindən çox üzvü ilə Yeni Azərbaycan Partiyasının (YAP), dahi şəxsiyyətin parlaq ideyalarının daşıyıcısı kimi bu gün də cəmiyyətdə öz aparıcı mövqeyini qorumaqdadır. Bütün həyatını öz xalqının taleyinə  həsr edən Heydər Əliyevin dövlət xadimi kimi hərtərəfli fəaliyyəti Azərbaycan tarixində dərin iz buraxmış, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

Üzərinə tarxi missiyalar düşən, öz dəsti-xətti, həyat yolu, bacarıqları ilə seçilən şəxsiyyətlər böyük zaman kəsiyində yaranır və mənsub olduğu xalqlar üçün uca tanrının töhfəsi kimi qəbul olunur. Layiqli davamçılar bu şəxsiyyətlərin yolunun işıqlı gələcəyinin təminatçısıdır. Bu gün biz  bu tarixi gerçəkliyi möhtərəm Prezident İlham Əliyevin şəxsində təcalla etdiyinin şahidiyik. Onun peşəkar siyasi, diplomatik və böyük sərkərdəlik qabiliyyəti hakimiyyətdə olduğu ilk illərdən özünü göstərməklə uğurlu nəticələr verdi və ulu öndərin siyasi kursuna sadiqliyin bəhrəsini vermiş oldu.

İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinə nəzər saldıqda biz Heydər Əliyevin müəyyən etdiyi strategiya ilə yanaşı, onun həm də müasir dövrün tələblərinə uyğun uğurlu siyasi rəhbərlik fəaliyyətinin şahidi oluruq. Bununla da zamanın tələblərinə çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına bağlı lider olduğu bir daha təsdiqini tapır. Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə müstəqil Azərbaycan dünya dövlətləri sırasında özünəməxsus layiqli yeri ilə seçilir. Son 17 ildə ölkəmiz dinamik inkişafı, sürətlə modernləşməsi, qlobal yerli və beynəlxalq layihələrin həyata keçirilməsi, Azərbaycanın dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.

Dövlət başçısı dəfələrlə BMT, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların yüksək kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə bütün dünyada diqqət cəlb edir. Bunun əsas səbəbi ölkəsinin milli mənafelərini bütün səviyyələrdə böyük inam və qətiyyətlə qoruması, müstəqil xarici siyasət yürütməsidir. Qeyd edilənlərlə bağlı digər ölkə liderləri onunla hesablaşır, hörmət və ehtiramla yanaşırlar.  Hamı yaxşı bilir ki, ölkə başçısının bu illər ərzində yürütdüyü siyasətin mərkəzində insan amili və qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan və rifahlı həyata çıxarmaq dayanır.  Onun düşünülmüş islahatları və müdrik qərarları ölkə həyatına yeni təkan verməklə yanaşı, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarır.

Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Dövlət başçısının həyata keçirdiyi islahatlar sosial həyatımızdakı şəffaflığı təmin edir, bürokratik maneələri aradan qaldırır. “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, – deyən İlham Əliyevin dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində görülən işlər bunun əyani sübutu oldu.

Aparılan uğurlu siyasətin davam etdirməsi nəticəsində Azərbaycan beynəlxalq enerji layihələrində əsas ölkələrdən birinə çevrilə bildi. Onun enerji siyasəti ilə bağlı reallaşan layihələri artıq regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Burada bir qədər ötən tarixə nəzər salaraq görülən işləri sıralayaq. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verildi. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyuldu.

2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirildi. TAP layihəsinin icrası qrafik üzrə davam etdirilir. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yatağlarında yerləşən resursların birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadıldı. Bu hadisə Azərbaycanda uzun illər bundan sonra da neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaratdı.

Heydər Əliyev deyirdi:

“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Bu müdrik kəlamlar İlham Əliyevin bütün hakimiyyəti dövründə fəaliyyəti və gördüyü işlərdə daim rəhbər tutulmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan dünya tarixində yeni gerçəklik yaratdı və tarixən Azərbaycana məxsus Qarabağ torpaqları hərb gücümüz sayəsində işğalçıdan azad edildi. Məkirli düşmənin bütün hiylə və  yalanlarının, hərbi gcünün tükənməsi üçün 44 günlük mübarizə kifayət etdi. Sirr deyil ki, Azərbaycan bu  zəfəri hərbi gücü sayəsində əldə edib.

Əlbəttə, uzun illər müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğunun vacibliyini nəzərə alan Ali Baş Komandan hələ hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik peşəkar ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparırdı. Siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanda müassir silahlarla təhciz olunmuş güclü ordu yaradıldı  və  işğal altında olan torpaqlarımızı düşməndən azad etdi.

Həmçinin qeyd edilməlidir ki, əgər əvvələr biz bütün silahları xaricdən alırdıqsa, indi Azərbaycan özü müasir silah və texnika istehsalçısına çevrilib. 2005-ci ildə Cənab Prezidentin göstərişinə əsasən  yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü 50 ordusundan biridir.

Müzəffər  Ordumuz hərbi qüdrətini və döyüş qabiliyyətini hələ 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya göstərmiş oldu. Bu döyüşlərin yekununda Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, Lələtəpə yüksəkliyini ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ keçirdi.2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi işğalçı düşməndən azad edildi,  dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücumu ilə son 30 ildə ortaya çıxmış bütün sualların cavabı oldu. Prezident İlham Əliyevin dediyi kimi:

“Həmişə deyirdim ki, Dağlıq Qarabağ probleminin hərb yolu mümkündür və biz bunu icra etdik!”

Böyük qələbə  bilavasitə dövlət başçısının mükəmməl siyasi savadı, strateqliyi, güclü təfəkkürü, diplomatik ustalığı, dəmir iradəsi sayəsində qazanıldı. Sadalanan keyfiyyələr sayəsində hərb meydanından əlavə, siyasi arenada da üstünlük birbaşa Azərbaycanın tərəfinə keçdi.Hamımız qürurla şahidi olduq ki, beynəlxalq KİV-də dünya ermənilik və erməni faşizmi üzərində mübarizəni İlham Əliyev sona qədər uğurla yerinə yetirdi. Mövcud durumda ikili standartlara söykənən “bəzi ermənipərəst dairələr” hərbi əməliyyatlara müdaxilənin mümkünsüzlüyünü dərk edərək  özlərini diplomatiya və informasiya müharibəsində sınamağa cəhd etdilər.

Onların əsas məqsədi Azərbaycanı sülh danışıqlarını pozaraq müharibəyə başlayan, Türkiyə ordusundan kömək alan, demokratiyanı pozan, döyüşlərdə əcnəbi muzdlulardan istifadə edən, qadağan olunmuş silahları tətbiq edən, erməniləri Qarabağdan qovmağa çalışan bir dövlət kimi təqdim etmək, böhtanlar yaymaqla Azərbaycanın siyasi nüfuzuna xələl gətirmək idi. Lakin hər zaman mətbuata açıq, jurnalistlərin istənilən suallarına cavab verməyə hazır olan İlham Əliyev müharibə dövründə 30-a yaxın nüfuzlu televiziya, informasiya agentliyinə və qəzetə müsahibə verdi.

Bunların sırasında “Ewronevs”, “Əl-Cəzirə”, “Sky News”, “Fiqaro”, “France – 24”, Rusiyanın RBK, ABŞ-ın “Fox News”, Almaniyanın ARD televiziya kanallarını qeyd etmək olar. Adı çəkilən media qurumları ilə müsahibələrin demək olar ki, hər birində Azərbaycana qarşı məkr, düşmənçilik verilən suallarda açıq-aşkar görünürdü. Cənab Prezident özünəməxsus siyası manevr qabiliyyəti ilə onların hər birini öz ölkələrindəki vəziyyətdən misal çəkərək, habelə tarixi faktlarla susdurmağı bacarıb.

Hər bir Azərbaycanlı  kimi mən də azərbaycanlı olduğum və tarix yazan qələbənin şahidi olduğum üçün qürur duyuram! Mən  fəxr  edirəm  ki, İlham Əliyev  kimi müdrik Prezidentimiz  və məğlubedilməz  Ali Baş Komandanımız var! Bu möhtəşəm zəfər tariximizin şanlı səhfələrindən biri kimi ölkə başçısının hər zaman söylədiyi: “Əgər biz iqtisadi cəhətdən müstəqil və güclü olmasaq, heç bir vəzifəni yerinə yetirə bilmərik” kəlamını bir daha təsdiq etmiş oldu.

Cənab Prezidentin yaratdığı milli ortaq dəyərlər və vətandaş həmrəyliyinin əsasını  güclü Azərbaycan Vətən müharibəsində qalib gəldi. Reallıq ondan ibarətdir ki, dayanıqlı Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi. Müharibədən öncəki çıxışlarında hər zamanİlham Əliyev bildirib ki, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar: “Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdır. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”

Azərbaycan Ordusu ata-baba torpaqlarını terrorçu xunta rejimindən ermənilərdən təmizlədi və bununla bir daha sübut olundu ki, dövlət başçısının dediyi heç bir söz əbəs yerə deyildi. Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. Konfutsinin bu deyimi indi Ermənistan reallığını təcəssüm etdirir.

Cənab İlham Əliyev bu illər ərzində təşkil edilən bütün görüşlər  zamanı  Nikol Paşinyana siyasi tarixdən, beynəlxalq hüquqdan dərs keçib. Vətən müharibəsi zamanı isə Ali Baş Komandn Paşinyan başda olmaqla, Koçaryan və Sarkisyan idarəçiliyinə mükəmməl tarixi dərs vermiş oldu.

Qətiyyət, sonsuz inam sayəsində Azərbaycan qalib dövlət kimi dünya tarixinə düşdü. Artıq hər bir azərbacanlı harda olmasından asılı olmayaraq qürurla  başı dik, sinəsi fəxarətlə dolu gəzir. Bütün bunlar ömrünü xalqına həsr edən 17 illik gərgin əməyin sahibi, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev misilsiz xidmətlər nəticəsində mümkün oldu. İndi bütün Azərbaycan bu möhtəşəm qələbəyə görə Ali Baş komandana minnətdardır.

Ruhun şaddır, ulu öndər! Bu gün Azərbaycan layiqli davamçın İlham Əliyevlə arzuladığın və hər zaman səsləndirdiyin kimi, öz müqəddəratını özü həll edir, müstəqilliyini qoruyur və güclüdür!

Biz fəxr edirik ki, Azərbaycanlıyıq!

Aydın Tağıyev,

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Etikxeber.az

Read Previous

“Belə qətnamələr 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Ermənistanın öhdəliklərini yerinə yetirməsini ləngidir və beləliklə bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına mane olur”-FATMA YILDIRIMDAN ETİRAZ

Read Next

Qəhrəmanlar kəndi, 18 Şəhid verən Todanın mərd, igid oğlu-QAZİ MƏNSUR ZAUR OĞLU ƏLİYEV – KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir