Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Şamaxının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 1993-cü il təvəllüdlü, ali təhsilli və peşəkar hərbçi, Baş leytenant, Qərargah rəisi Ramiq Mikayılovun Həzi Aslanov adına Bakı Zabitlər Evində anım tədbiri keçirilib.
Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, QHT təmsilçiləri, Zabitlər Evinin əməkdaşları və başqa şəxslər iştirak ediblər.
Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Eyni zamanda, Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.
Anım təbdirində həmçinin çıxışlar edilib, Şəhidin keçdiyi şətəfli həyat və döyüş yolundan bəhs olunub.
Tədbirin bədii hissəsində isə Zabitlər Evinin əməkdaşları tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.
Tədbir iki saata yaxın davam edib.
***
FOTOLAR:














Kamil HƏMZƏOĞLU
Etikxeber.az