Zahid Oruc Gürcüstanı, Qüdrət Həsənquliyev Məmmədyarovla Novruz Məmmədovu hədəf aldı…

Gələcəkdə Gürcüstanla bağlı güzəşt siyasəti dayandırmalıyıq.

Etikxeber.az xəbər verir ki, bunu aprelin 1-də  İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında millət vəkili, prezidentliyə namizəd Zahid Oruc deyib.

O, qeyd edib ki, Gürcüstan xalqı və dövləti bu gün ayaq üstə qalmalarına, müstəqil dövlət kimi yaşamalarına görə Azərbaycana borcludur.

Ancaq Z. Orucun sözlərinə görə, bunların fonunda Gürcüstanın dəyişən rəhbərlərindən Azərbaycana qarşı səmimi minnətdarlıq hissləri, niyyətləri görünmür.

Onlar özlərini Stalinin ərköyün övladları kimi aparırlar…”-deyən, prezidentliyə namizəd gələcək dövrdə Gürcüstanla bağlı güzəşt siyasətinin dayandırılmasının vacibliyini vurğulayıb.

Digər prezidentliyə namizəd Qüdrət Həsənquliyev isə xarici işlər naziri Elmar Məmmədyarovu və Prezidentin xarici siyasət məsələri üzrə köməkçisi, Preziden Administrasiyasının (PA) şöbə müdiri Novruz Məmmədovu tənqid edib.

Q. Həsənquliyev E. Məmmədyarovu fəaliyyətsizlikdə, Qarabağ danışıqlarında uğurlu nəticələrə nail ola bilməməkdə, əksinə, onun münaqişə ilə bağlı bəyanatlarının cəmiyyətdə lağ hədəfinə çevrilməkdə ittihamlayıb. Eyni zamanda, sabiq səfir Arif Məmmədovla bağlı xarici işlər naziri tənqid hədəfinə çevirib: “Belə bir adam nəyə görə vaxtı ilə yüksək vəzifələrə təyin olunurdu?”

Prezidentliyə namizəd həmçinin, N. Məmmədovu “Tvitter”də sadəcə, bəzi paylaşımlar etməklə, başqa bir fəaliyyət ortaya qoymamaqda günahlandırıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Afrində Azərbaycan əsgəri Türk əsgəri ilə yan-yana olmalıydı…”- ZAHİD ORUC

Read Next

Kəlbəcərin işğal edilməsindən 25 il keçir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir