Zatulinin fəaliyyətinin “ştrixləri” Azərbaycan və dünya ictimaiyyətinə çılpaqlığı ilə aydındır – SEVİNC FƏTƏLİYEVA

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu, regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. Lakin erməni lobbisinin direktivləri əsasında fəaliyyət göstərən şəxslər bu münasibətlərin pozulmasında maraqlıdırlar. Məhz Konstantın Zatulin də belə şəxslər sırasında yer alır. Onun fikirləri, eləcə də bundan öncə yol verdiyi qanunazidd hərəkətlər bu şəxsin konkret olaraq erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərdiyini nümayiş etdirir.  Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq cəhdləri yolverilməzdir və iflasa məhkumdur. Ermənipərəst Zatulin və onun kimilər məqsədlərinə çata bilməyəcəklər.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, K. Zatulinin siyasi fəaliyyətinin “ştrixləri” Azərbaycan və dünya ictimaiyyətinə tam çılpaqlığı ilə aydındır:

“O, bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimdə keçirilən “parlament seçkiləri”ndə iştirak etməklə beynəlxalq qanunvericiliyə zidd addımlar atıb. Bütövlükdə, Zatulin ermənilərin maraqlarının müdafiəçisinə çevrilib.

Zatulinin şəxsi fikirləri Rusiyanın mövqeyini əks etdirmir. Bununla yanaşı, bütün hallarda Rusiya Federasiyası Dövlət Dumasında komitə sədrinin müavininin bu cür aqressiv və cəfəngiyyat xarakterli fikirlər səsləndirməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna – mahiyyətinə ziddir”.

Etikxeber.az

Read Previous

Mahir Məmmədov Prezidentə təşəkkür etdi və…

Read Next

“Yuve” yenə liderdir, “Real” isə yenidən uduzdu… – NƏTİCƏLƏR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir