Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi gərginliyin artması ilə bağlı şiddətlənən atışma nəticəsində Qazaxın rayonunun Daş Salahlı kəndindən olan Süleymanov Süleyman Elçin oğlu şəhid olub.
Etikxeber.az “musavat.com”-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Süleyman cəbhə xəttinin Ağdam istiqamətində şəhid olub.
Onun cənazəsi artıq Daş Salahlıda yaşayan valideynlərinə verilib. Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani şəhidin valideynlərinə və kənd camaatına Süleymanın şəhid olması barədə təfərrüatları danışıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Etikxeber.az