“Nə üçün ölkə başçısı və birinci vitse-prezident bu qədər sevilir?” – HİCRAN HÜSEYNOVA

Nə üçün  xalq  ölkənin başçısını və  Birinci vitse-prezidenti bu qədər sevir? Çünki,  vətəndaşlar  cənab prezidentin və Mehriban xanımın  timsalında   onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər.  Onlar daim əhalinin yanındadır, ünsiyyətdən çəkinmirlər, əksinə insanların görüşünə can atırlar. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa, ictimaiyyət onu qəbul etməyəcək.   

Etikxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O, qeyd edib ki, ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi  keyfiyyətlərdən irəli gələn əzmkar və geniş miqyaslı fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır.

“Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam” –  Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir. Onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində – İnsan dayanır…”-deyə, komitə sədri vurğulayıb.

Etikxeber.az

Read Previous

Arif Hacılı Əli Əhmədovun ünvanına sərt ifadələr səsləndirdi…

Read Next

“İsrail dronlarının Azərbaycana gətirilməsi xəbəri dezinformasiyadır” – MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir