Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

36 illik jurnalistlik fəaliyyətim dövründə heç bir yağlı, pullu…vəzifə sahibi, “əmim”, “day-dayım” olmasam da, öz şəxsi nüfuzuma çoxlarına və çoxlarına mənəvi və maddi, problemlərinin çözümünə dəstək oldum…

Başqalarının problemlərinin həlli üçün kimlərə ağız açmadım, nələrə qatlaşmadım…Hansı ki, övladlarımdan ötrü ağız açmağa utandım…Bunları bir Allahım bilir…

2020-ci ilin sentyabrın 27-dən bu yana olan ŞƏFFAF, TƏMƏNNASIZ, REKLAMSIZ, PAFOSSUZ…fəaliyyətim də hər kəsin gözünün önündədir…

Kim də nə cür qiymət verir, özü bilər, Allahı bilər…Yolumdan DÖNƏN deyiləm ölənəcən!

10-dan artıq ŞƏHİD ailəsinin EVlə-MƏNZİLlə təmin olunmasında yaxından və birbaşa iştirak etdim…

Bir çox Şəhid ailələrinin və Qazilərin, Yaralıların “YAŞAT”-la əlaqələrinin nimzamlanmasında, onlara dəstək olunmasında yaxından və birbaşa iştirak etdim…

Bir sıra Vətən sevdalısı Qazilərimizin əllik məsələsində dəstək oldum…

Şəhidlərimizin Orden HAQQInın tanınmasında çox yaxından iştirak etdim…

Bunu kimsə, kimlərsə bilməsə də, bu işdə, bu məsələdə dəstək olanlar və yenə bir olan Allahımız yaxşı bilir…

Hansı ki, çoxları bir təşəkkürü, “sağ ol”u belə mənə çox gördü…

İncimədim, küsmədim, qırılmadım…

Əksinə, daha da inadkar, daha da əzmkar oldum…

BORCUM bildim və ömrüm boyu da BORCUM biləcəyəm, borcdan ötəsi də olub və olacaq!

Amma fikir verirəm ki, kimlərsə onun-bunun hesabına Şəhid ailəsi və Qazi üçün nəsə edirsə, dərhal REKLAMA, PAFOSA keçir, media, sosial şəbəkələr – “tik-tok”, “feysbuk”, “instagram”…və sair və ilaxır az qala “partlayır”, “partladılır”…

Qısqanmıram, paxıllıq etmirəm…Belə ucuz şeylər mənlik deyil…

Və ifadəmə görə üzrlər…yenə bir sürü qeyri-səmimi insanlar, qeyri-səmimi çıxışlar, təşəkkürlər, yalançı gülümsəmələr, bayılmalar…

Vallah, AYIBDIR!

Nə edirsinizsə, kimin hesab edirsinizsə, nə məqsədlə edirsinizə-edin, amma Şəhid və Qazi adını, statusunu ləkələməyin, öz maraqlarınız naminə onları kirləməyin, kirlətməyin!!!

Şəhid və Qazi adı, statusu HƏR ŞEYDƏN, HƏR MƏQAMDAN ÖNCƏDƏDİR, ÖNDƏDİR!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bəzi yerlərə yağış, Şahdağ və Sarıbaşa qar yağıb-FAKTİKİ HAVA AÇIQLANDI

Read Next

Zahid Orucla Razi Nurullayevin də prezidentliyə namizədliyi-QEYDƏ ALINDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir