Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aprel döyüşləri heç şübhəsiz ki, böyük zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız oldu.
Texniki olaraq aprel döyüşlərində biz ordumuzun döyüş qabiliyyətini, ən müasir silah və sursatı, xüsusən 6-cı nəsil hərbi texnologiyanı yerli şəraitdə, real müharibə zəminində tətbiqi baxımdan yoxlamaq imkanı əldə etdik.
Mənəvi baxımdan isə aprel əməliyyatları Azərbaycan insanının əzmi və milli vəhdətinin sınağı üçün mühim bir mərhələ oldu.
Biz xalq olaraq bu sınaqdan üzü ağ çıxdıq. 25 il sonra nəhayət ki, o zaman hələ də işğalda olan ərzilərimizin bir qismini işğaldan azad etdib, Böyük qayıdışın ilk mini formatını reallaşdırdıq, Cocuq Mərcanlı misalında işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə nələr edə biləcəyimizi göstərdik.
Aprel döyüşləri Ermənistan hakimiyyətinin, cinayətkar xunta rejiminin formalaşdırdığı və ermənilərin də sidq ürəklə inandığı “məğlubedilməzlik” mifini darmadağın etdi. 2016-ı ilin aprelinə qədər Ermənistanda bu fikirdə idilər ki, heç kəs Ohanyan səddini keçə bilməz, amma Azərbaycan hərbçisi bunu bir neçə saata etdi.
Aprel qələbəmiz həmçinin Ermənistanda Sarkisyan-Koçaryan murdar cütlyünün və xunta rejiminin bütün dayaqlarının sonu oldu. Bu mənada biz aprel döyüşlərinə yalnız uğurlu hərbi əməliyyat kimi yox, müzəfər Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılan və regionun taleyini dəyişən mürəkkəb hərbi-siyasi hadisə kimi yanaşmalıyıq.
Heç şübhəsiz ki, bizim Vətən müharibəsi zəfərimizin kökündə dayanan vacib amillərin arasında ilk yerlərdən birini məhz Aprel qələbəmiz tutur.
Aprel döyüşlərinin 5-ci il dönümündə bütün şəhidlərimizi rəhmətlə və sevgiylə anır, şəhid ailələri, qazilərimiz və onların ailələrinə hörmət və ehtiramımı çatdırıram.
Başda bu savda dastan yazmış öz seçicilərim olmaqla hər birinizi əmin etmək istəyirəm ki, onların bu əvəzsiz xidməti heç zaman unudulmayacaq və müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin onlara diqqət və qayğısı günü-gündən güclənəcək.
Bəhruz MƏHƏRRƏMOV,
Millət vəkili
Etikxeber.az