Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cari ildə çağırışlarımız kifayət qədər çoxdur.
Etikxeber.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, iyunun 18-də iki həftəlik sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı məsələlərə baxılıb:
“Şübhəsiz, təxirəsalınmadan qərarlar qəbul ediləcək. Əgər lazım gələrsə, hökumət tərəfindən Prezidentə hər hansı bir düzəlişlərin olması ilə bağlı təqdimat da təqdim olunacaq”.
O, eyni zamanda deyib ki, 2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb:
“Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq”.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az