“Əgər şimal iqlim qurşağında yaşasaydıq…”-SABİQ MİLLƏT VƏKİLİ YAZDI

Ölkədə epidemioloji vəziyyət kəskinləşdikcə, insanlar özlərini, ailə üzvlərini qorumaq üçün nələr etmirlər.

Fal açdırmaq, ekstrasensə baş vurmaq,astroloji proqnozları birər- birər oxumaq- bir çoxları üçün adi hala çevrilib.

Ən təhlükəlisi isə sosial şəbəkələrdə,dost- tanışları ilə söhbətlərdə eşitdikləri dərmanlardan yeri gəldi – gəlmədi istifadə etməkdir.

Klassik təbabətin qızıl bir prinsipi var: Heç bir xəstəliyi özbaşına müalicə etmək olmaz!

Səbəb çox sadədir-ağır fəsadlara, hətta letal sonuca, yəni ölümə gətirib çıxara bilər.

Burada məşhur “Qaş düzəltmək əvəzinə, göz çıxarmaq “misalını xatırlamaq yerinə düşər.

Bu gün təkcə ictimai platformalarda deyil, hətta telekanallarda,yazılı mətbuatda da müxtəlif müalicə metodları,türkəçarə üsulları barədə gen-bol danışılır, konkret preparatlar tövsiyyə olunur.

Söz yox ki, bunlar müxtəlif məqsəd və səbəblərdən ola bilər. İstisna deyil ki, kimsə öz şəxsi nümunəsində müsbət nəticə vermiş hansısa əlacı məsləhət görsün. Lakin səmimiyyətdən uzaq istəklər də mövcud ola bilər.

Qarantiya yoxdur ki, bu işdə dava – dərman satışından böyük pullar qazanan işbazların da “xidməti” ola bilər. İstənilən halda,həkimin buyurmadığı dərmanı qəbul etmək bütün tibbi protokollara ziddir.

Belə ki, hər bir xəstəyə müalicə təyin edilərkən, ilk növbədə, onu tibbi müayinədən keçirmək, müvafiq analizlər aparmaq gərəkdir.

Yalnız dədiq qiaqnoz sonrası həkim uyğun dərmanı, onun qəbul qaydalarını və dozasını müəyyən edir.

Terapiya mərhələsi də professional təbib tərəfindən aparılmalıdır.

Sizə bir misal çəkmək istəyirəm. Koronavirusa qarşı bəzi ölkələrdə istifadə olunan malyariya əleyhinə “Hidroksixlorin” preparatının dozasında kiçik bir səhv pasiyentin ürək -damar sistemini sıradan çıxara bilər.

Bir sözlə, qeyri profesional tədavi qorxuludur, ondan imtina – qətidir.

Digər bir məsələyə də toxunmaq yerinə düşərdi.

Hər birimiz apteklərə girərkən, insanların qucaq-qucaq vitaminlər, immunstimullaşdırıcılar,bioloji qida əlvələri aldıqlarının şahidi oluruq.

Əlbəttə ki, onlar bu vasitələri profilaktik məqsədlər üçün alırlar.

Əgər şimal iqlim qurşağında yaşasaydıq, bunu başa düşmək olardı.

Axı, biz dədə-babadan immunitetimizi gücləndirmək üçün bol-bol göyərti, meyvə – tərəvəz, ağartı tükətmiş, həmişə hərəkətli olmuşuq.

İndiki pandemiya şəraitində bu ənənəvi sağlam həyat tərzimizi davam etdirməliyik.

Şəxsi gigiyena normalarına əməl etmək, qapalı məkanlarda maska taxmaq, məsafə saxlamaq isə-şərtdir!

Mayis SƏFƏRLİ,

Eks-deputat

Etikxeber.az


Read Previous

“Hər kəs zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl, sosial məsafəyə riayət, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir”-SPİKER NOVBƏTİ ONLAYN-QƏBUL KEÇİRDİ, ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ – FOTOLAR

Read Next

Millət vəkili seçiciləri ilə NÖVBƏTİ ONLAYN-QƏBUL GERÇƏKLƏŞDİRDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir