“Ərdoğanı dəstəkləmə qərarı ala bilərik…” – BAXÇALI

Baxçalı Gülə məsləhət verdi…

MHP genəl başqanı Dövlət Baxçalı Türkiyədə qarşıdan gələn 2019-cu il prezident seçkilərinə qatılmayacağını bildirib.

Etikxeber.az xəbər verir ki,  Ankarada media təmsilçilərinin suallarını cavablandıran MHP lideri  cümhurbaşqanlığı seçimində partiyasının  namizəd irəli sürməyəcəyini açıqlayıb.

bahceli-gul

“Seçkilərdə MHP genəl başqanı namizəd  olmayacaq.  MHP – olarsa, ittifaqla, olmazsa, özü müstəqil şəkildə parlament  seçkilərinə girər. Cümhurbaşqanı seçkilərində də Rəcəb Tayyib Ərdoğanı dəstəkləmə qərarı ala bilər” – deyə, o,  bildirib.

Baxçalı sabiq cümhurbaşqanı Abdullah Gülün yenidən prezidentliyə namizədliyi ilə bağlı məsələyə  isə belə cavab verib:

“Hörmətli Abdullah Gül AKP  içində  özəl və önəmli yeri olan bir şəxsiyyətdir. Rəcəb Tayyib Ərdoğan və AKP qurucuları ilə önəmli birgə fəaliyyətləri olub, cümhurbaşqanı olub. Bugünkü  mənzərədə də  hər hansı  bir əngəlləyici yanlışı yaşamamasında fayda var. Yəni, onun  “prezidentliyə namizədəm”- deyə, ortaya çıxması izah edilə biləcək bir hal deyil. “Sağ”ın, “sol”un fitvasına  uymaması lazımdır” .

Etikxeber.az

 

Read Previous

“Qızıl qlobus” bu dəfə kimlərə verildi?

Read Next

“Real Madrid” La Liqada ardıcıl dörd səfər oyununda qalib gələ bilmədi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir