Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bu il dövlət sifarişi proqramı artıqlaması ilə yerinə yetirilib”.
Etikxeber.az-ın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir qeyd edib ki, ötən ilin müvafiq dövri ilə müqayisədə bu il güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 1,6 dəfə, çeşidi 1,8 dəfə artıb.
O, yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər “Hava-Hava”, Hava-Yer” tipli raketlərin istehsalı olduğunu bildirib:
“Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq da əldə olunub”.
Etikxeber.az