“Əgər kimlərsə xəbərdarlıqlardan nəticə çıxarmasa, məsuliyyətsizlik göstərməkdə davam edərsə…”-ELDƏNİZ SƏLİMOV

Ölkə Prezidenti cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı-Birinci xanım Mehriban xanım Əliyevanın bölgələrə hər biri səfəri yaddaqlan, unudulmaz və tarixi bir səfər olur. Hər bir səfər yeni-yeni obyektlərin, müəssisələrin, yolların, körpülərin açılışları, tarixi məkanların yenidən qurulması və bərpası, inkişafa yönəlik, inkişafa təkan verən yeni-yeni fərman və sərəncamların verilməsi ilə şərtlənir, müsair tariximizə düşür. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin son səfərləri də məhz qeyd etdiyim məqamlarla yadda qaldı. İyunun 24-də ölkənin Qərb, Gəncəbasar bölgəsinə, ikinci böyük şəhərimiz Gəncəyə, o cümlədən, Samuxa səfər edən ölkə Prezidenti və Birinci xanım bir sıra yeni obyektlərin açılışlarında iştirak etdi, eyni zamanda, tikintisi aparılan, davam etdirilən mühüm əhəmiyyətli obyektləridəki işlərin mövcud durumu ilə yaxından tanış oldular. Bu sıraya Dövlər Aqrar Universitetinin yeni tədris korpusunun, o cümlədən, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, tikinti materialları istehsalı zavodunun açılışını və sairi göstərmək olar. Hər biri də olduqca vacib və mühüm əhəmiyyətli obyektlərdir. Xüsusilə də, indiki ağır pandemiya dövründə, az qala iqtisadiyyatın dayandığı bir məqamda bu cür obyektlərin tikilməsi, istifadəyə verilməsi ikiqat, üçqat əhəmiyyətlidir. Bu, həm də dövlətinin gücünün, qüdrətinin, əzminin göstəricisidir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, eyni zamanda, Gəncənin inkişafına təkan verəcək 5 mühüm Sərəncamın verilməsi, büdcədən milyonlarla vəsaitin ayrılması özü böyük bir hadisədir. Azərbaycan dövləti, xüsusilə, dövlət rəhbəri bununla bir daha göstərmiş və təsdiqləmiş olur ki, bütün situasiyalara baxmayaraq, inkişaf, tərəqqi, insanların, vətəndaşların rifahı ən başlıca prioritetdir.

“Gəncə səfərinin ən mühüm məqamlarından biri də heç şübhəsiz ki, indiki pandemiya dövründə infeksion xəstəliklər korpusunun istifadəyə verilməsi, dövlət başçısı ilə Birinci vitse-prezidentin onun açılışını reallaşdırması, ölkə rəhbərinin tarixi nitq söyləməsidir. Həmin çıxış yalınız özünə, dövlətinə, xalqına sonunacan güvənən, arxalanan bir Liderin nitqidir. O çıxışda, tarixi nitqdə son zamanlar yaşanan məlum çətinliklərə, sıxıntılara baxmayaraq, Azərbaycanın inkişafa, gələcəyə nikbinliyi, çətinliklər qarşısında əyilməzliyi açıq şəkildə görünür. Dövlət başçısı həmin çıxışında bütün gerçəklikləri, reallıqları bir daha ortaya qoyraraq, hər bir kəsi, hər bir Azərbaycan vətəndaşını növbəti dəfə məsuliyyətə, həmrəyliyə çağırdı. Tibbi maskadan istifadə etməklə hər kəs yenə nümunə, örnək olduğunu göstərdi. Bildirdi ki, yalnız məsuliyyətli davranışlarla, tibbi maska və əlcəklərdən istifadə etməklə, sosial məsafəni gözləməklə, bir xalq, bir dövlət olaraq, bu bəladan xilas ola, qurtula bilər. Dövlət başçısı haqlı olaraq dedi:

“Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır”.

Elə bilirəm ki, bunun əlavə şərhə və izahata da ehtiyacı qalmır. Növbəti və birmənalı mövqedir, mesajdır, çağırışdır, xəbərdarlıqdır. Odur ki, artıq hər  birimiz, hər bir vətəndaşımız prezidentin fikirlərindən düzgün nəticə, dərs çıxarmalı, deyilənlərə, qoyulan tələblərə, verilən qərarlara, karantin şərtlərinə birmənalı və sözsüz əməl etməlidir. Tibbi maska və əlcək taxmalı, sosial məsafəni gözləməli, məsuliyyətsizliyə son qoymalı, özünün və özgələrinin həyatını risq, təhlükə altına salmamalıdır. Son günlərin acı statistikası da bunu hər kəsdən tələb edir. Əgər kimlərsə bu xəbərdarlıqlardan nəticə çıxarmasa, məsuliyyətsizlik göstərməkdə davam edərsə, onlara qarşı da qanun ən sərt üzü ilə, ən sərt formada davranılmalı, ictimai qınaq hədəfinə çevrilməli və yüksək çərimələrlə cərimələnməlidir. Çünki başqa yol qalmır. Yenə də deyirəm, əgər kimlərsə bunu istəmirsə, o zaman bütün tələblərə və şərtlərə sözsüz, birmənalı əməl etməlidirlər. Artıq ərköyünlük, məsuliyyətsizlik, özfəaliyyət ola bilməz və olmayacaq“-deyə, millət vəkili mətbuata açıqlamasında sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Ordumuz Azərbaycan xalqının təhlükəsizliyinin, ölkə sərhədləri daxilində sülh və əmin-amanlığın təmin olunmasının əsas elementlərindən biridir”-SAHİBƏ QAFAROVADAN 26 İYUN TƏBRİKİ

Read Next

“Azərbaycan güclü dövlətdir və onun istənilən zaman düşmənə sarsıdıcı zərbələrlə cavab vermək iqtidarında olan qüdrətli ordusu var”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir