Əli Əhmədovun çağırışı ilə bağlı “Müsavat”ın reaksiyasına YAP-dan cavab özünü gözlətmədi: “ƏSƏBİ, QEYRİ-ADEKVAT CAVABDIR”

Musa QULİYEV: Görünür, Arif Hacılı özü hakimiyyətdə olanda bəhrələnməyi başqa cür dərk, təsəvvür edib

Etikxeber.az-ın müxbirinin suallarını Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, palamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev cavablandırır:

-Musa müəllim, dünən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov hakim partiya üzvlərini “söyüş müxalifəti”nə qarşı fəal və səfərbər olmağa səsləyib. Bu gün isə Müsavat Partiyasının başqanı Arif Hacılı Əli Əhmədovun çağırışına sərt reaksiya verib, YAP üzvlərini kütləvi şəkildə  partiyadan istefa verməyə və müxalifətə qoşulmağa səsləyib. Siz bu haqda nə deyərdiniz? 

– Əvvəla, çox təəssüf edirəm ki, “Müsavat” kimi təcrübəsi  və stajı olan partiyanın başında Arif Hacılı kimi naşı bir adam dayanır. Onun cavabı da, onun verdiyi “ideya” da, onun dediyi fikirlər də normal müxalifət partiyasının liderinə yaraşan iş deyil. Əslində Arif Hacılının fikirlərindən belə çıxır ki, söyüşcül, destruktiv müxalifətin yanında, yaxud, onun başında dayananlardan biri də elə onun özüdür.

Partiyamızın sədr müavini və icra katibi Əli Əhmədovun normal, birləşdirici, dövlətçi müraciətinə o cür əsəbi, o cür qıcıq doğuran, heç bir məntiqə uymayan bir cavab, yaxud da ki, reaksiya verilməsi Arif Hacılının özünün psixoloji problemlərinin olduğunu göstərir. Digər tərəfdən, milli dövlətçiliyi qorumaq, möhkəmləndirmək və bu dövlətçiliyin inkişafı üçün çalışmaq təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinin deyil, bütövlükdə Azərbaycan vətəndaşlarının müqəddəs borcudur, o cümlədən, müxalifətdə olanların.

Əslində söyüşcül ritorikanın ortaya gəlməsi, bütövlükdə Azərbaycan vətəndaşları arasında münasibətləri pozan, bizim tarixi ənənələrimizə, adətimizə, etik qaydalarımıza zidd bir münasibətin sərgilənməsi xüsusi xidmət orqanları, anti-Azərbaycan qüvvələri tərəfindən hazırlanmış bir tədbirdir, bir xətdir. Buna xaricdə yaşayan,  pulla anti-Azərbaycan qüvvələrə xidmət edən – adı azərbaycanlı olan insanların rəvac verməsi, daxildə isə Arif Hacılı kimi şəxslərin onlara dolayısı, yaxud, birbaşa dəstək verməsi heç də Azərbaycanın inkişafına, mənafelərinə xidmət etmir.

Əli Əhmədovun çağırışında da o qeyd olunur, o əsas tezis olaraq, önə çəkilir ki, hamımız bir yerdə  olaq, normal, sivil mübarizə aparaq. Yəni, müxalifətdə və ya iqtidarda kimin olmasından asılı olmayaraq, hər bir partiyanın normal, sivil siyasi mübarizə yolu, üsulu olmalıdır və bundan da istifadə etmək lazımdır…

alikkkk

Arif

musa-urud

-Yeri gəlmişkən, Arif Hacılının və bəzi digər opponentlərinizin  “Yeni Azərbaycan Partiyası partiya deyil” fikrinə, mövqeyinə necə yanaşırsınız?

-Əlbəttə, buna ancaq gülmək, buna ancaq qeyri-adekvat, qeyir-sağlam reaksiyanın məhsulu olan bir fikir kimi qiymət vermək olar. Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin yaratdığı bir partiyadır və yaranandan da qısa müddət ərzində əvvəl partiyanın lideri, sonra partiyanın özü iqtidara gəlib və iqtidara gəldiyi dövrdən də bütün seçkiləri udmuş, qalib gəlmiş bir partiyadır.

Bugünkü Azərbaycanın inkişafı da, uğuru da bu partiyayla birbaşa bağlıdır. O ki qaldı “partiya üzvləri iqtidardan bəhrələnmir” fikrinə, görünür, Arif Hacılı özü hakimiyyətdə olanda bəhrələnməyi başqa cür dərk, təsəvvür edib.

Ümumiyyətlə, partiyanın üğuru bütün Azərbaycan xalqının uğurudur və 26 illik  iqtidarımız dövründə də bütün Azərbaycan xalqı bundan bəhrələnir, nəinki partiyanın üzvləri. Hər bir Azərbaycan vətəndaşı Azərbaycanın inkişafından bəhrələnir. Bu mənada Arif Hacılı və onun kimilərinin çağırışı hesab edirəm ki, əsəbi, qeyri-adekvat bir əhval-ruhiyyənin məhsuludur və onu da heç müzakirə etməyə dəyməz…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatdan və hüquq müdafiəçisindən Rəşad Məcidin təklifinə – DƏSTƏK

Read Next

Bakıda küləyin törətdiyi fəsadlarla bağlı məlumat yayıldı – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir