“Əlimdən gələni edəcəyəm ki…” – TURQUT QƏMBƏR

Fevralın 12-i Mərkəzi Seçki Komissiyasına (MSK) 177 akt və 83 videodan ibarət şikayət göndərmişdik. Şikayəti saxtakarlığın başında duran 22 saylı Dairə Seçki Komissiyasına (DSK) yönəltdilər. Bu gün guya şikayətimə baxan iclasa dəvət olunmuşdum DSK-ya. Məlum olur ki, “ekspert qrupu” artıq bütün videoları və aktları “nəzərdən keçirib” və heç birini pozuntu olaraq qəbul etməyib.

Etikxeber.az xəbər verir ki, bunu adıçəkilən Dairədən deputatlığa namizəd Turqut Qəmbər deyib.

“Halbuki videolar arasında topa bülleten atmaqdan tutmuş karuselə qədər onlarla növ saxtakarlıq və pozuntunu əhatə edən sübutlar var idi. Bir çoxunun videolarını paylaşmışam. Bir çoxu məntəqənin nəticəsini ləğv edəcək səviyyədə və ciddiyyətdə saxtakarlıqlar idi. Onsuz da heç bir gözləntim yox idi DSK-dan. Hüquqi müstəvidə işlərimi davam etdirəcəyəm. Saxtakarlığa rəhbərlik edən və onları icra edən DSK sədri, MnSK sədrləri və s. şəxsləri də unutmamışam, onlarla bağlı da lazımi hüquqi addımlar atılacaq. Əlimdən gələni edəcəyəm ki, həyata keçirtdiyi saxtakarlıqlara görə, oğurladıqları hər bir səsə görə qanunla nəzərdə tutulan cəzaları alsınlar…”-deyə, o, əlavə edib.

Qeyd edək ki, MSK millət vəkili Asim Mollazadəni həmin Dairədən qalib elan edib.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında – FOTOLAR

Read Next

Ali Sovet və Milli Məclis: SPİKERLƏR, VİTSE-SPİKERLƏR-QAFAROVA, MƏMMƏDOV, QƏMBƏR, ƏLİYEV, QULİYEV, ƏLƏSGƏROV, ƏSƏDOV, ORUCOV, SƏMƏDZADƏ, QARAYEV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir