“Ən azı 190 manat yardımın əhatə dairəsi genişlənməli və həmin vəsait bütün karantin müddətində işləməyən vətəndaşlara verilməlidir”-EKS-DEPUTAT – MÜXALİFƏT NARAHATDIR…

Çox-çox təəssüf edirəm ki, COVİD-19 adlı dəhşətli bəlanı bu qədər qeyri-ciddiyə alan həmvətənlərimiz var. Bilmirəm nə deyim ki, inanasınız, Vallah, Billah, vəziyyət ağırlaşıb. 325 yoluxma hələ aşkara çıxarılan hallardır. Nə qədər vətəndaşımızda xəstəlik hələ də diaqnostika olunmayıb! Əminəm ki, xəstələrin sayı daha çoxdur!Bu ağır şəraitdə Molları niyə açırdılar? İnsanlar 15 gün pal-paltar almasa və ya online sifarişlər etsə nə olacaqdı ki?! 15 gün, bir ay restoransız qalsaq nə olacaqdı?!

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli deyib.

Qeyd edib ki, bu həftəsonu bütün ərzaq mağazaları bağlanır və bunu etmək olmaz.

“Nəzərə alınmalıdır ki, Bakının suyu içiləsi deyil və hamının evində su filtri yoxdur. Ən azı çörək, su, uşaq qidası kimi zəruri tələbat malları satılan mağazalar açıq olmalıdır.Aptekləri bağlamaq isə qətiyyən yolverilməzdir. Bəzən adam gündə bir-neçə dəfə aptekə getməli olur. Xəstəliyi, ağrını öncədən kim proqnozlaşdıra bilir ki, dərman ehtiyatlarını da tədarük etsin.Mən də hesab edirəm ki, karantini çox tez yumşaltdılar. Nəticədə, xəstəlik sürətlə yayıldı. Odur ki, sərtləşmə qaçılmazdır. Ancaq dövlət evdə oturmağa məcbur olan vətəndaşına yardım etməlidir. Ən azı 190 manat yardımın əhatə dairəsi genişlənməli və həmin vəsait bütün karantin müddətində işləməyən vətəndaşlara verilməlidir“-deyə, o, əlavə edib.

“Koronavirusun əsas dalğası Azərbaycana indi çatdı. Görünən odur ki, hakimiyyətin yaranmış vəziyyətin mahiyyəti, bu vəziyyətdən çıxış yolları barədə aydın təsəvvürü, konkret planı yoxdur”.

Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı dilə gətirib.

Bildirib ki, qadağalarla bağlı xaotik qərarlar, əhalinin minimum tələbatının ödənilməsi üçün ciddi işlərin görülməməsi və sair göstərir ki, hakimiyyət dünyanın daha epidemiyadan əvvəlki dünya olmadığını anlamayıb.

“Epidemiyanın ciddi fəsadları Azərbaycandan yan keçməyəcək. Yoluxma halları bu dinamika ilə davam edəcəksə bərbad vəziyyətdə olan Azərbaycan səhiyyəsi tamamilə çökəcək. Neftin qiymətinin düşməsi, işsizliyin artması, hakimiyyətin ölkənin iqtisadi böhrandan, humanitar fəlakətdən qorunması sahəsində fəaliyyətsizliyi ciddi təbəddülatlara səbəb olacaq…Bu siyasəti durdurmaq üçün fədakar mübarizəyə hazır olmalı, tariximizdə dəfələrlə olduğu kimi böyük bəla qarşısında təşkilatlanmağı bacarmalıyıq“-deyə, A. Hacılı sonra bildirib.

Etikxeber.az

Read Previous

“Keşikçidağ” qoruğu ərazisində təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat əldə edilib”-DSX

Read Next

“Vəzir bu kəndin yetirməsidir və onun oxuduğu məktəbin yarıtmaz vəziyyətdə olduğu diqqətinə çatdırılan kimi, ölkə Prezident belə bir addım atdı…”-SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir