“Vəzir bu kəndin yetirməsidir və onun oxuduğu məktəbin yarıtmaz vəziyyətdə olduğu diqqətinə çatdırılan kimi, ölkə Prezident belə bir addım atdı…”-SAHİB ALIYEV

Azərbaycan Prezidenti cənab İlham Əliyev Tərtərə səfərindən dərhal sonra rayonla bağlı iki mühüm sərəncam verdi. “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama görə, 28149 nəfərin yaşadığı 18 yaşayış məntəqəsində 21 yeni subartezian quyuları qazılacaq. Bu quyulardan beşi 2016-cı ilin aprel döyüşlərində bir sıra mövqelərdən işğalçıların vurulub çıxarılmasından sonra yeni yaşayış qəsəbəsi salınan Şıxarxda və Çaylıda olacaq. Digərləri isə rayonun daha 16 kəndində.

Etikxeber.az xəbər verir ki, bunu Tərtərdən millət vəkili seçilən Sahib Alıyev deyib.

“Prezidentimizin Xoruzluda 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün özünün ehtiyat fondundan 2 milyon manat ayırması da çox sevindirici xəbər oldu. Bu sərəncamı mən həm də rusiyalı jurnailst Nevzorovun “mənim dünyada gördüyüm ən cəsarətli adam azərbaycanldır” deyərək adını çəkdiyi Milli Qəhrəman Vəzir Orucovun xatirəsinə bir sayğı kimi qiymətləndirirəm”-deyən millət vəkili bildirib ki, çünki V. Orucov bu kəndin yetirməsidir və onun oxuduğu məktəbin yarıtmaz vəziyyətdə olduğu diqqətinə çatdırılan kimi, ölkə Prezident belə bir addım atdı.

“Həm Tərtər camaatı, həm də öz adımdan cənab Prezidentə göstərdiyi qayğı və diqqətə görə təşəkkürümü bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Ən azı 190 manat yardımın əhatə dairəsi genişlənməli və həmin vəsait bütün karantin müddətində işləməyən vətəndaşlara verilməlidir”-EKS-DEPUTAT – MÜXALİFƏT NARAHATDIR…

Read Next

“Yoluxanların statistikası artan templə davam edərsə, daha ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir