Ərdoğan gəldi və ƏLİYEVLƏ GÖRÜŞDÜ – FOTO – YENİLƏNİB- (3)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bu gün Azərbaycana gəlir. 

Etikxeber.az Türkiyə mediasına istinadən  xəbər verir ki, səfər Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət rəhbərlərinin 7-ci Zirvə toplantısı çərçivəsində baş tutacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir.

Türk Şurasının yaradılması ilə bağlı imzalanmış Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf edən bu tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdar olacaq.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Qeyd edək ki, bugünlərdə Özbəkistan da TDƏŞ-ə qatıldığını bəyan edib.

Eyni zamanda, Macarıstan da bu qurumun tədbirlərinə qatılır.

Həmçinin, qeyd edək ki, bu gün TDƏŞ  xarici işlər nazirlərinin görüşü keçiriləcək.

***

Artıq TDƏŞ  xarici işlər nazirlərinin görüşü  başlayıb.

***

Azərbaycana səfəri ilə bağlı R. T.Ərdoğan hazırda mətbuat konfransı keçirir.

O, “Bakıya səfərim zamanı ilk öncə qardaşım İlham Əliyevlə bir araya gələcəyəm”-deyə, vurğulayıb.

Eyni zamanda, səfər zamanı TDƏŞ-in Zirvə toplantısına qatılacağını, Azərbaycanda fəaliyyət göstərən Türk iş-biznes adamları ilə görüşəcəyini deyib.

Ərdoğan səfər və Sammit çərçivəsində TDƏŞ  üzvü olan dövlətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçiriləcəyini də söyləyib.

Bununla yanaşı, Sammit zamanı  Türk Dünyasını ağsaqqalı, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevə TDƏŞ-in fəxri lideri statusunun veriləcəyini dilə gətirib.

***

R. T. Ərdoğan artıq Azərbaycandadır və Azərbaycan prezidenti ilə də  görüşüb.

***

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

İqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.

Bu baxımdan sərmayə qoyuluşu, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin rolu, həmçinin ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti vurğulandı.

Görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu. Söhbət zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünün ölkələrarası əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.

Etikxeber.az

Read Previous

“Ey Ərəb Liqası, niyə bunları görmürsünüz?” – ƏRDOĞAN BAKIDAN SƏSLƏNDİ

Read Next

“Qızınız bizdə olub, bizim xalqda çox yaxşı təəssürat doğurub…” – JEENBEKOV ƏLİEVLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir