Ərdoğan seçki proqramını açıqladı…- FOTO

Ərdoğan: Türkiyəyə qarşı məkrli planları birlikdə alt-üst edəcəyik

Sərhədlərimiz  boyunca “terror dəhlizi” yaratmaq istəyənlərin bəslədiyi  qatillərin başını elə öz yuvalarındaca əzdik. “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatları ilə “terror dəhlizi”ni param-parça etdik. Sadəcə, ölkəmizin təhlükəsliyi deyil, qonşularımızın, dostlarımızın, könül coğrafiyamızın sabitliyi də bizim məsələmizdir.

erdo-cumhurbaskani-erdogan-foto-iha_16_9_1525612892

Etikxeber.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bu gün İstanbulda AKP-nin 6-cı konqresində çıxışı zamanı deyib.

O, qeyd edib ki, Türkiyənin təhlükəsizliyini hədəf alan bütün məkrli planlar necə böyük bir qərarlılıqla alt-üst edildisə,  bundan sonra da eyni qərarlılıqla alt-üst ediləcək.

“Cudidə, Gabarda, Tendürekdə, Bestler Dərəsində biz vardıq. Gərəkdiyində  Kandildə də  vardıq. Düz yuvalarına girdik və  terrorçuları tam tərksilah, məhv etdik.  Odur ki, terrora, terrorçulara qarşı bir olacağıq, birgə mübarizə aparacağıq.  Böyük olacağıq, diri olacağıq, qardaş olacağıq və  birlikdə bütöv  Türkiyə olacağıq.  Bütün kirli, məkrli oyunları birlikdə alt-üst edəcəyik”-deyə, Ərdoğan sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, Ərdoğan konqresdə  iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı AKP-nin seçki proqramını açıqlayıb.

Həmçinin qedək ki, AKP ilə Millətçi Hərəkat Partiyası (MHP) bu seçkilərə “Cümhur ittifaqı” bloku ilə qatılıblar.

AKP və MHP birlikdə Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb.

Cümhuriyyət Xalq, İYİ partiyaları  və digər partiyalar da namizədlərini Ali Seçki Komissiyasına (YSK) təqdim ediblər.

Etikxeber.az

 

Read Previous

Livanda seçkilərdir…

Read Next

“Deməli, ona verilən fitva beləymiş….” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir