“Vətəndaşlarımızın küçələrdə qalmasına razı ola, dözə bilmərik”-BU SÖZLƏRİ ƏRDOĞAN ZƏLZƏLƏ BÖLGƏSİNDƏ DİLƏ GƏTİRDİ – ZƏLZƏLƏDƏ ÖLƏNLƏRİN SAYI 9057-YƏ, XƏSARƏT ALANLARIN SAYI İSƏ 52 MİN 979 NƏFƏRƏ ÇATDI – YENİLƏNİB – (4)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfəri başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, Ərdoğan hazırda Qəhrəmanmaraşdadır.

***

Ərdoğan Qəhrəmanmaraşdakı “Çadırkent”də zəlzələzən ziyan çəkmiş insanlarla görüşür.

14:44

***

Türkiyə Prezidenti son durumla bağlı açıqlama verir.

O, bildirib ki, zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb.

Onun sözlərinə görə, yaralı sayı isə 49 min 133 nəfərdir.

Eyni zamanda, uçmuş, dağılmış bina sayı 6444-dür.

Ərdoğan açıqlamasında insanları ancaq rəsmi qurumların məlumatlarına etibar etməyə çağırıb.

Sonra “Vətəndaşlarımızın küçələrdə qalmasına razı ola, dözə bilmərik”-deyən Ərdoğan Türkiyənin başqa bölgələrindəki bir sıra otellərlə danışıqlar aparldığını sözlərinə əlavə edib.

Ərdoğan həmçinin “Təxribatlara fürsət verənlərə fürsət verməyəcəyik”-deyə, bildirib.

14:50

***

Ərdoğan hazırda Hataydadır və orada açıqlama verir.

Qeyd edib ki, Hataydakı ağır vəziyyət Qəhrəmanmaraşdakından heç də fərqlənmir.

19:13

***

“Bu gün birlik, bərabərlik günüdür”-deyən Ərdoğan qarşıdakı bir il ərzində zəlzələdən ziyan çəkən insanların ev-mənzillə təmin olunacağını bildirib.

“Bu gün bizim üçün bir sınaq günüdür”-deyən Ərdoğan Türkiyənin bu sınaqdan da üzüağ çıxacağını bəyan edib.

O, bildirib ki, hazırda zəlzələ nəticəsində ölənlərin sayı 9057 nəfərə, xəsarət alanların sayı isə 52 min 979 nəfərə çatıb.

19:20

***

Ərdoğan hazırda Adana şəhərindədir.

O, zəlzələdən ziyan çəkmiş insanlarla görüşür.

Etikxeber.az

Read Previous

“Tehrandakıların bu planından Parisdə də xəbərdardırlar…”-MİLLƏT VƏKİLİNDƏN FRANSA VƏ İRANA SƏRT SÖZLƏR

Read Next

Sıxlıq olan küçə və prospektlər-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir