“Tehrandakıların bu planından Parisdə də xəbərdardırlar…”-MİLLƏT VƏKİLİNDƏN FRANSA VƏ İRANA SƏRT SÖZLƏR

“Sharlie Hebdo” daha bir rəzilliyə yol verərək Türkiyədə 9 mindən artıq insanın ölümünə və 53 minə yaxınının isə yaralanmasına, eləcə də böyük dağıntılara səbəb olan zəlzələni məsxərəyə qoyub ki, bunun da adı makronluqdur. Bu karikatura əslində Fransadakı bəlli çevrələrin bir tərəfdən mənəviyyatsızlıqlarının, digər tərəfdən isə türkəfobluqlarının və islamafobluqlarının növbəti təsdiqidir. Qəribədir deyilmi, əhalisinin az qala yarısı türklərdən ibarət olan, adının da böyrünə “İslam” sözü qoşan İran bizim regionda “Sharlie Hebdo” Fransası ilə sinxron hərəkət edir. Ən azından ölkəmizə qarşı yeritdikləri siyasət bunu göstərir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev qeyd edib.

“Baxın, Fransa Avropa Birliyi missiyasının tərkibində regiona öz hərbçilərini göndərəcəyini açıqladığı bir vaxtda bəlli olur ki, İran Ermənsitanla birgə Qubadlı və Laçına hücum hazırlayır. Bu haqda doğruluğu şübhə doğurmayan bir xəbərdə bildirilir ki, SEPAH-ın Tehrandakı səfirliyimizdə terror törədən yaramaz kimi “azərbaycanlı” olan 30 ünsürü bizim hərbçilərin geyimində sərhəddə hayların postuna silahlı basqın edərək onu çəkib yaymağı, təxribatlarını Avropa Birliyinin Fransanın dominantlıq etdiyi missiyasına Azərbaycanın ayağına yazdırdıqdan sonra isə Ermənistanla birgə hərəkətə keçməyi planlaşdırır”-deyən millət vəkilinin bildirdiyinə görə, mümkündür ki, Tehrandakıların bu planından Parisdə də xəbərdardırlar.

“Aralarında müəyyən ziddiyət olsa da, onlar Azərbaycana qarşı birgə hərəkət haqda gizli anlaşa bilərlər. Çünki söhbət “Sharlie Hebdo” Fransasından və bizə düşməncəsinə yanaşmada, eləcə də mənəviyyatsızlıqda həmən Fransanı kölgədə qoyan dinsiz rejimdən gedir”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 31 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Vətəndaşlarımızın küçələrdə qalmasına razı ola, dözə bilmərik”-BU SÖZLƏRİ ƏRDOĞAN ZƏLZƏLƏ BÖLGƏSİNDƏ DİLƏ GƏTİRDİ – ZƏLZƏLƏDƏ ÖLƏNLƏRİN SAYI 9057-YƏ, XƏSARƏT ALANLARIN SAYI İSƏ 52 MİN 979 NƏFƏRƏ ÇATDI – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir